Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 63

Biz Yehovanın Şahidləriyik!

Biz Yehovanın Şahidləriyik!

(Əşiya 43:10—12)

  1. 1. Düzəldib çoxlu bütlər,

    İnsanlar səcdə edər.

    Var olan Rəbdənsə

    Xəbərsizdirlər.

    Bu bütlər cansızdırlar,

    Heç bir şey də bilmirlər.

    Yox onların gerçək şahidi,

    Nə izzəti, nə qüdrəti.

    NƏQARƏT

    Şahidiyik biz Rəbbin,

    Ucaldırıq pak ismin.

    O, gələcək haqda bildirir,

    Hər kəlməsi düz çıxır.

  2. 2. Biz Yehova Allahın

    Adını bəyan edək,

    Şövqlə, fəxarətlə

    Xoş müjdə yayaq.

    Həqiqət azad edir,

    O, yeni nəfəs verir.

    Qoy həlimlər ümid tapsınlar,

    Haqq Allaha həmd etsinlər.

    NƏQARƏT

    Şahidiyik biz Rəbbin,

    Ucaldırıq pak ismin.

    O, gələcək haqda bildirir,

    Hər kəlməsi düz çıxır.

  3. 3. Tək Yehovadır Allah,

    Hamı qoy olsun agah.

    İnsanlar bilsin ki,

    Yox başqa ilah.

    Haqq yola gəlsə pislər,

    Onları Rəbb əfv eylər.

    O, səadət, sevinc bəxş edir,

    Əsil həyat vədi verir.

    NƏQARƏT

    Şahidiyik biz Rəbbin,

    Ucaldırıq pak ismin.

    O, gələcək haqda bildirir,

    Hər kəlməsi düz çıxır.

(Həmçinin baxın: Əşy. 37:19; 55:11; Hizq. 3:19.)