Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 67

Allahın Sözünü müjdələ

Allahın Sözünü müjdələ

(2 Timutiyə 4:2)

  1. 1. Biz göstəriş aldıq Rəbdən,

    İtaət edək Ona ürəkdən.

    Təbliğ etməyə hazır olaq,

    Hörmətlə, həlimliklə vəz edək.

    NƏQARƏT

    Müjdə söylə,

    Hər insan qoy eşitsin.

    Müjdələ,

    Pis dövrün sonu yaxın.

    Müjdələ,

    Sən təlim ver həlimə,

    Müjdələ

    El-aləmə.

  2. 2. Bu gün çətindir zəmanə,

    Düşmənlər qurur bizə fənd, fitnə.

    Hərçənd vermir hay əksər insan,

    Sən var olan Yehovaya güvən.

    NƏQARƏT

    Müjdə söylə,

    Hər insan qoy eşitsin.

    Müjdələ,

    Pis dövrün sonu yaxın.

    Müjdələ,

    Sən təlim ver həlimə,

    Müjdələ

    El-aləmə.

  3. 3. Rəbb iltifat göstərəcək,

    İlahi təlim davam edəcək.

    Qoy hər kəs xilas yolun bilsin,

    Uca tutsun Yehovanın ismin.

    NƏQARƏT

    Müjdə söylə,

    Hər insan qoy eşitsin.

    Müjdələ,

    Pis dövrün sonu yaxın.

    Müjdələ,

    Sən təlim ver həlimə,

    Müjdələ

    El-aləmə.