NƏĞMƏ 72
Həqiqəti insanlara əyan edək
(Həvarilərin işləri 20:20, 21)
-
1. Vaxt var idi cahil idik,
Doğru yolda yerimirdik.
Nur saçdı bizə Allah,
Həqiqətdən olduq agah.
Niyyətini bildik Rəbbin,
O, öyrətdi kamil elmin.
Rəbb istər, bəşər bilsin,
Bəyan edək biz müqəddəs ismin.
Biz hər kəsə təbliğ edək,
Ev-ev gedib, müjdə verək.
Azad etsin bu həqiqət,
Pak ibadət alsın vüsət.
Biz çalışaq bir xalq kimi
Hey ucalsın Rəbbin ismi.
Yayılsın qoy xoş xəbər,
Sonda Yehova: «İş bitdi!» — deyər.
(Həmçinin baxın: Yuş. 9:9; Əşy. 24:15; Yəh. 8:12, 32.)