NƏĞMƏ 83
Ev-ev təbliğ edək
-
1. Biz evbəev, qapı-qapı
Söylərik xoş müjdə.
Layiq olan kim varsa qoy,
Bilik alsın Rəbdən.
Allah göydə qurub Şahlıq,
Qoy bu gözəl müjdə,
Vüsət alsın, təbliğ edək
Onu biz hər yerdə.
-
2. Biz evbəev, qapı-qapı
Səslərik xilasa.
Allah nicat verər ona
Adın kim zikr etsə.
Bəs necə zikr edər adı
Eşitməsə insan?
Yehovanın uca adın
Gərək edək bəyan.
-
3. Gəl evbəev, qapı-qapı
Yayaq xoş müjdəni.
İmkan verək biz hər kəsə
Özü etsin seçim.
Yehovanın adın çəkək,
Bütün dünya bilsin.
Qapı-qapı gedib tapaq
Rəbbi sevən kəsi.
(Həmçinin baxın: Həv. 2:21; Rom. 10:14.)