NƏĞMƏ 84
Təbliğ işinə can yandıraq
-
1. Yehova çox yaxşı bilir
Bizə nələr sevinc verir.
Qapı açır xidmət üçün,
Qoy mənalı keçsin ömrün.
NƏQARƏT
Gəl verək əl-ələ,
Ucaldaq Rəbbi.
Lazım olan anda və yerdə
Göstərək sevgi.
-
2. Bax çoxdur iş, gəl çalışaq,
Biçin vaxtı yubanmayaq.
Yanaşmayaq biz biganə
Padşahlığın təbliğinə.
NƏQARƏT
Gəl verək əl-ələ,
Ucaldaq Rəbbi.
Lazım olan anda və yerdə
Göstərək sevgi.
-
3. Yeni-yeni tikililər
Allah üçün ucaldılar.
Aşırıq biz dil səddini,
Edirik vəz xoş müjdəni.
NƏQARƏT
Gəl verək əl-ələ,
Ucaldaq Rəbbi.
Lazım olan anda və yerdə
Göstərək sevgi.
(Həmçinin baxın: Yəh. 4:35; Həv. 2:8; Rom. 10:14.)