NƏĞMƏ 155
Sevinc əbədi sərvətdir
1. Səssiz gecələri bəzər
Parlaq ulduzlar.
Günəş göydə şəfəq saçar,
Süzər buludlar.
Sevginlə xəlq oldu bəşər,
Canlı aləm bir şah əsər.
Fərəh gətirər.
NƏQƏRAT
Ürəklər dolur sevinclə,
Yayılır müjdə ümidlə,
Əbədi Cənnət gəlir.
Yaratdın bizi sevgiylə,
O sonsuz məhəbbətinlə.
Səadət dolu həyat,
Bu əbədi sərvət!
2. Yehova, bəxş etdin bizə
Gözəl nemətlər.
Doyunca zövq alaq deyə
Nəcib duyğular.
Sevinc verən bu hissləri,
Sonsuz həyat sevgisini
Qoydun qəlblərə.
NƏQƏRAT
Ürəklər dolur sevinclə,
Yayılır müjdə ümidlə,
Əbədi Cənnət gəlir.
Yaratdın bizi sevgiylə,
O sonsuz məhəbbətinlə.
Səadət dolu həyat,
Bu əbədi sərvət!
KEÇİD
İsa fəda etdi bizimçün
Öz həyatın.
Etsə iman bütün cahan
Alar səadət ənamın.
NƏQƏRAT
Ürəklər dolur sevinclə,
Yayılır müjdə ümidlə,
Əbədi Cənnət gəlir.
Yaratdın bizi sevgiylə,
O sonsuz məhəbbətinlə.
Səadət dolu həyat,
Bu əbədi sərvət!
NƏQƏRAT
Ürəklər dolur sevinclə,
Yayılır müjdə ümidlə,
Əbədi Cənnət gəlir.
Yaratdın bizi sevgiylə,
O sonsuz məhəbbətinlə.
Səadət dolu həyat,
Bu əbədi sərvət!
(Həmçinin baxın: Zəb. 37:4; 1 Kor. 15:28.)