NƏĞMƏ 153
Yehova, cəsarət ver
1. Sanki bir çənbərtək
Qorxu məni sarıb.
Üz-üzəyəm sərt sınaqla,
Ümid Sənə qalıb.
Ya Rəbbim, əminəm,
Nicat gələr Səndən.
Vəfalı, sadiq bəndənlə
Sadiq Allahsan Sən!
NƏQARƏT
Yehova, gücünü göstər,
İman gözüm görsün,
Möhtəşəm ordu var bizimlə,
Cəsur, qorxmaz olum.
Ya Rəbb, cəsarət ver,
Dözüm sona qədər.
Yehova, cəsarət ver,
Sənindir bu zəfər!
2. Tək canımla heç vaxt
Mənim gücüm çatmaz.
Yenilməz qalamsan, Ya Rəbb,
Düşmən bata bilməz.
Sən cəsur ürək ver,
Sinə gərə bilim.
Əzmimi qırmaz qətiyyən
Nə həbs, nə də ölüm.
NƏQARƏT
Yehova, gücünü göstər,
İman gözüm görsün,
Möhtəşəm ordu var bizimlə,
Cəsur, qorxmaz olum.
Ya Rəbb, cəsarət ver,
Dözüm sona qədər.
Yehova, cəsarət ver,
Sənindir bu zəfər!
NƏQARƏT
Yehova, gücünü göstər,
İman gözüm görsün,
Möhtəşəm ordu var bizimlə,
Cəsur, qorxmaz olum.
Ya Rəbb, cəsarət ver,
Dözüm sona qədər.
Yehova, cəsarət ver,
Sənindir bu zəfər!
Yehova, cəsarət ver,
Sənindir bu zəfər!