Allah eşitmə qabiliyyəti məhdud olanların qeydinə qalır
Bu gün dünyada eşitmə qabiliyyəti məhdud olanların sayı təxminən 70 milyondur. Onlar sayı 200-dən çox olan jest dillərindən birində danışırlar. Əfsuslar olsun ki, onlar tez-tez pis rəftara məruz qalırlar. Məsələn, bəzi məlumatlarda deyilir:
«Bütün dünyada eşitmə qabiliyyəti tam və ya qismən məhdud olanların hüquqlarına çox vaxt məhəl qoyulmur» (ABŞ-nin Milli Karlar Cəmiyyəti).
«İnkişaf etməkdə olan ölkələrdə eşitmə qabiliyyəti məhdud olanlar ən kasıb təbəqəyə məxsusdurlar. Çox vaxt onlara təhsil almaq, iş tapmaq və hər hansı məlumatı əldə etmək çətin olur» (Lal-Karların Dünya Federasiyası).
Allah eşitmə qabiliyyəti məhdud insanlara necə yanaşır? Müqəddəs Kitabda bu insanlar haqda nə deyilir? Bəs bu gün Yehovanın Şahidləri onlara necə kömək edir?
Allahın eşitmə qabiliyyəti məhdud insanlara münasibəti
Müqəddəs Kitabda deyilir ki, Yehova a Allah eşitmə qabiliyyəti məhdud insanların qeydinə qalır. Allah istəyir ki, onlarla ədalətlə rəftar olunsun və onlar da Onun təqdim etdiyi təlimi alsınlar.
Ayə. «Kar adama lənət oxumayın» (Lavililər 19:14).
Mənası. Yehova Allahın qədim israillilərə verdiyi qanun eşitmə qabiliyyəti məhdud olanların hüquqlarını qoruyurdu.
Ayə. «Allah ayrı-seçkilik etməyən Allahdır» (Həvarilərin işləri 10:34).
Mənası. Allah eşitmə qabiliyyəti məhdud olanlar da daxil olmaqla, mədəniyyətindən, mənşəyindən və dilindən asılı olmayaraq bütün insanların qeydinə qalır.
Ayə. «Sonra İsa şəhərləri və kəndləri bir-bir gəzməyə başladı. O, Padşahlıq haqqında müjdəni təbliğ [edirdi]» (Mətta 9:35).
Mənası. İsa Yer üzünə insanlara Allahın Padşahlığı haqda öyrətmək üçün gəlmişdi. Bu insanlara eşitmə qabiliyyəti məhdud olanlar da daxildir (Mətta 6:10).
Ayə. «[İsa] hətta karların qulağını, lalların dilini [açırdı]» (Mark 7:37).
Mənası. İsa göstərmişdi ki, Allahın Padşahlığı sayəsində gələcəkdə karların qulaqları, lalların dili açılacaq. İsa karların qulaqlarını, lalların dilini açmazdan əvvəl onlarla nəzakətli şəkildə jestlərlə danışırdı (Mark 7:31—35).
Ayə. «Karların qulaqları eşidəcək» (Əşiya 35:5).
Mənası. Yehova vəd edir ki, bir gün karların qulaqları eşidəcək (Əşiya 29:18).
Bu gün Yehovanın Şahidləri eşitmə qabiliyyəti məhdud olanlara necə kömək edir?
Yehovanın Şahidləri Allahın ümidverici xəbərini bütün dünyada eşitmə qabiliyyəti məhdud olan insanlarla bölüşürlər. Bu xəbəri onlara çatdırmaq üçün biz hansı işləri görürük? Biz Müqəddəs Kitabı və ona əsaslanan təlim videolarını 100-dən çox jest dilində hazırlayırıq. Həmçinin biz jest dilində Müqəddəs Kitab dərsləri və ibadət görüşləri keçiririk. Bütün bunları Allah haqda öyrənmək istəyənlərə kömək etmək üçün təmənnasız edirik. Nəyə görə? Çünki İsa belə əmr etmişdi: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mətta 10:8).
Bu vəsaitləri aşağıdakı üsullarla onlayn əldə edə və ya elektron cihazınıza yükləyə bilərsiniz:
JW.ORG. Hər hansı jest dilində məlumatları tapmaq üçün saytın istənilən səhifəsində yuxarıda «dillər» düyməsinə basın.
«JW Library Sign Language» tətbiqi. Bu tətbiqi elektron cihazınıza pulsuz yükləyin. Tətbiq vasitəsilə jest dilində videoları yükləyə və ya onlayn baxa bilərsiniz.
Müqəddəs Kitab təlimi üçün hansı vəsaitlərimiz var?
Jest dilində Müqəddəs Kitab. Amerika jest dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» jest dilində çıxan ilk tam Müqəddəs Kitabdır. İndi «Yeni Dünya Tərcüməsi» tam və ya qismən bir çox jest dillərində var. Bu say hər il daha da artır (dillərin siyahısını görmək və ya Müqəddəs Kitaba onlayn baxmaq üçün « Jest dilində “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”» adlı çərçivəyə baxın).
Jest dilində Müqəddəs Kitabın necə ərsəyə gəldiyini görmək üçün «Müqəddəs Kitabın ”Yeni Dünya Tərcüməsi” Amerika jest dilində» adlı videoya baxın.
Müqəddəs Kitabı daha rahat və dərindən oxumaq üçün «JW Library Sign Language» tətbiqini yükləyin. Bu tətbiq jest dilində Müqəddəs Kitabda hər hansı konkret ayəni seçmək imkanı verir.
Dmitro və Vitanın eşitmə qabiliyyəti tam məhduddur. Onların uşaqları isə eşidə bilirlər. Görün onlar Müqəddəs Kitabın jest dilində videolarına hər gün birgə necə baxırlar və bunun onlara hansı xeyri dəyir.
Müqəddəs Kitabı araşdırmağa kömək edən videolar. Yehovanın Şahidləri jest dilində insanlara Müqəddəs Kitabdakı müxtəlif sahələrə dair məsləhətləri başa düşməyə və tətbiq etməyə kömək edən videolar hazırlayır. Bu sahələrə aşağıdakılar aiddir:
Fərdi Müqəddəs Kitab dərsləri. Müqəddəs Kitabı jest dilində təlimatçının köməyilə fərdi şəkildə və sizə münasib vaxt ərzində öyrənin. Müqəddəs Kitab dərslərinin necə keçirildiyi barədə öyrənmək üçün müraciət edin.
Yeson Senahonon Filippində yaşayır. Görün Müqəddəs Kitabı öyrənmək ona Allaha yaxınlaşmağa necə kömək etdi.
Mario Antunes Hondurasda kilsə keşişi idi. «Cavabsız qalan suallarım» adlı məqaləni oxuyun və görün o, suallarına necə cavab tapdı.
İbadət görüşləri və digər tədbirlər. Bizim dünyanın müxtəlif yerlərində jest dilində yığıncaqlarımız və qruplarımız var. Burada eşitmə qabiliyyəti məhdud olan insanlar birgə toplaşıb Müqəddəs Kitabı araşdırır və ibadət edirlər. Həmçinin Müqəddəs Kitabı daha dərindən araşdırmaq üçün hər il jest dilində böyük görüşlər keçirilir. Həm ibadət görüşlərimiz, həm də digər tədbirlərimiz eşitmə və görmə qabiliyyəti məhdud olanlar üçün taktil üsulu ilə tərcümə edilir. Bundan əlavə, biz Brayl şrifti ilə hazırlanmış nəşrlərimizi pulsuz təklif edirik.
Sizə yaxın olan ibadət görüşlərinin yerini tapın.
Hər il keçirilən regional və rayon toplantılarımız haqda öyrənin.
Bizim üçün ilin ən önəmli tədbiri olan Məsihin ölümünü anma mərasimində iştirak edin.
Xose Luis Ayala Meksikada yaşayır. O, eşitmə məhdudiyyəti ilə dünyaya gəlib, sonradan isə görmə qabiliyyətini də itirib. Görün ona yaxşı Müqəddəs Kitab müəllimi olmağa necə kömək etdilər.
a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.