OYAQ QALIN!
Dünya Çempionatı insanlar arasında əsl birlik yarada bilər? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Bu il noyabrın 20-dən dekabrın 18-ə kimi futbol üzrə dünya çempionatı keçirilir. Bu çempionatı təxminən beş milyard insan izləyir. Çoxlarının fikrincə bu cür idman yarışları təkcə azarkeşləri birləşdirmir, daha böyük məqsəd daşıyır.
«İdman dünyanı dəyişməyə qadirdir. Onun insanları ilhamlandırmaq gücü var. Digər vasitələr kimi insanlar arasında birlik yarada bilər» (Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandela).
«Futbol... insanlara ümid, sevinc, həyəcan bəxş edir. Onları məhəbbətdə, müxtəliflikdə birləşdirir» (FIFA a prezidenti Canni İnfantino).
Sizcə, futbol, yaxud başqa bir idman yarışı bu cür ali məqsədlərə nail ola bilər? Dünyada sülh və birliyin olacağına ümid var?
Dünya Çempionatı birliyin açarıdır?
Bu il keçirilən Dünya Çempionatı insanlar üçün daha çox məna daşıyır. Çempionat oyunları insan hüquqları, irqçilik və iqtisadi bərabərsizlik kimi mövzuların müzakirəsinə təkan verdi.
Çoxları Dünya Çempionatı kimi beynəlxalq yarışları həvəslə izləyir. İnsanlar bu yarışların davamlı sülh yaradacağını arzulasalar da, bu, mümkün deyil. Çünki onlar nifaq yaradan fikirləri və hərəkətləri ilə bunun əksini göstərirlər. Bunlar Müqəddəs Kitabda «axırzaman» adlanan dövrün xarakterik cəhətləridir (2 Timutiyə 3:1—5).
Bəşəriyyəti birləşdirən gerçək ümid
Müqəddəs Kitabda yazılıb ki, gün gələcək, bütün dünyada birlik olacaq. Bu, gerçək ümiddir. Bütün dünyadakı insanlar «Allahın Padşahlığı» adlanan səmavi hökumətin rəhbərliyi altında birləşəcək (Luka 4:43; Mətta 6:10).
Allahın Padşahlığının padşahı olan İsa Məsih bütün dünyada sülhün olmasına nəzarət edəcək. Müqəddəs Kitabda deyilir:
«Saleh adam çiçəklənəcək,.. hər yanda sülh olacaq» (Zəbur 72:7).
«O, imdad deyib çağıran fağırı [xilas edəcək]. Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (Zəbur 72:12, 14).
İsa Məsihin təlimləri artıq indidən 239 ölkə və ərazidə yaşayan milyonlarla insan arasında birlik yaradır. Onlar ürəklərindən kini, nifrəti silib atırlar. Daha ətraflı məlumat almaq üçün «Nifrət zəncirindən qurtuluş» adlı jurnaldakı silsilə məqalələri oxuyun.
a Beynəlxalq futbol assosiasiyasına rəhbərlik edən qurum (Fédération Internationale de Football Association).