Müqəddəs Kitabdakı əxlaq normaları köhnəlib?
Bir çox insanlar, hətta özlərini dindar adlandıranlar hesab edirlər ki, Müqəddəs Kitabdakı cinsi münasibət və nikaha dair normalar köhnəlib. Zəmanəyə uyğunlaşmaq üçün hətta bəzi dinlər hansı davranış tərzinin yaxşı, hansının pis olduğuna dair təlimlərini dəyişib. Bəs doğurdanmı Müqəddəs Kitabdakı əxlaq normaları köhnəlib? Xeyr. Gəlin görək niyə.
İnsanlara Allahın təsis etdiyi normalar lazımdır
Bizə Allahın rəhbərliyi lazımdır. Allah bizi bu cür yaradıb. Müqəddəs Kitabda deyilir: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Yehova a Allah bizi qərar qəbul etmək bacarığı ilə yaratsa da, nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etmək üçün bizə nə səlahiyyət, nə də qabiliyyət verib. O istəyir ki, bu məsələdə biz Ona üz tutaq (Məsəllər 3:5).
Allahın əxlaq normaları Müqəddəs Kitabda yazılıb. Onlar nəyə görə bu qədər dəyərlidir? Gəlin bunun iki səbəbinə baxaq.
Bizi Allah yaradıb (Zəbur 100:3). Bir Yaradan kimi, Yehova Allah fiziki, əqli və emosional cəhətdən sağlam və xoşbəxt olmağımız üçün bizə nəyin lazım olduğunu dəqiq bilir. O həmçinin əxlaq normalarına məhəl qoymamağımızın hansı acı nəticələrə səbəb olacağını da bilir (Qalatiyalılara 6:7). Yehova bizim üçün ən yaxşısını istəyir. Bu səbəbdən Müqəddəs Kitabda Allah deyir: «Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram» (Əşiya 48:17).
İstəklərimiz aldadıcıdır. Çoxları düşünür ki, nəyin yaxşı, nəyin pis olduğunu ayırd etmək üçün ürəyin səsinə qulaq asmaq lazımdır. Amma Müqəddəs Kitabda deyilir: «Ürək ən böyük xaindir, xatakardır» (Ərəmya 17:9). Əgər ürəyimizdə Allahın hikməti yoxdursa, istəklərimiz bizi sonradan peşman olacağımız hərəkətlərə sövq edəcək (Məsəllər 28:26; Vaiz 10:2).
Din rəhbərlərinin Allahın əxlaq normalarına məhəl qoymaması düzgündür?
Xeyr. Müqəddəs Kitabda Allah haqqında həqiqət və bizim üçün davranış qaydaları yazılıb (1 Korinflilərə 6:9—11; Qalatiyalılara 5:19—23). Allah istəyir ki, insanlar bu həqiqətləri bilsin (1 Timutiyə 2:3, 4). Ona görə də din xadimləri Allahın Kəlamında yazılanları öyrətməyə borcludur (Titusa 1:7—9).
Müqəddəs Kitabdakı əxlaq normalarına uyğun yaşamaq istəməyənlərin çoxu «qulaqlarına xoş gələni eşitmək üçün» onlara sərf edəni deyən din xadimlərinə üz tutur (2 Timutiyə 4:3). Lakin Allahın Kəlamı belələrini ciddi şəkildə xəbərdar edir: «Pisə yaxşı, yaxşıya pis deyənlərin... vay halına!» (Əşiya 5:20). Bəli, Allah insanlara Onun yaxşıya və pisə dair normalarını öyrətməyən din xadimlərini cəzalandıracaq.
Allahın əxlaq normaları ilə yaşayanlar başqalarını mühakimə etməlidir?
Xeyr. Allahı razı salmaq istəyənlər İsa Məsihdən nümunə götürür və onun təlimlərinə uyğun yaşayır. İsa davamçılarını öyrədirdi ki, başqalarını mühakimə etməsinlər, hamıya məhəbbət və hörmət göstərsinlər (Mətta 5:43, 44; 7:1).
İsa öyrədirdi ki, onun davamçıları Allahın əxlaq normalarına uyğun yaşamalıdır. Amma eyni zamanda o izah etmişdi ki, digərləri başqa cür yaşamağı seçəcək və davamçıları bununla barışmalıdır (Mətta 10:14). İsa davamçılarına siyasi və digər vasitələrdən istifadə edərək Allahın normalarını başqalarına yetirmək səlahiyyəti verməmişdi (Yəhya 17:14, 16; 18:36).
Allahın əxlaq normalarına uyğun yaşamaq hansı faydanı gətirir?
Allahın əxlaq normalarına uyğun yaşamağa çalışanlar həm indi, həm də gələcəkdə çoxlu nemətlər alacaq (Zəbur 19:8, 11). Bu nemətlərə daxildir:
a «Yehova» Allahın Müqəddəs Kitabda yazıldığı adıdır (Zəbur 83:18).