Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Sürətlənən qlobal inflyasiya. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Sürətlənən qlobal inflyasiya. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Dünya Bankının prezidenti 2022-ci il iyun hesabatında bildirmişdi: «Dünya iqtisadiyyatı yenə də təhlükədədir. Bu dəfə onun üçün təhlükə yaradan odur ki, inflyasiyanın sürətlənməsi ilə iqtisadi artımın azalması eyni vaxtda baş verir».

 Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, «yanacaq və ərzaq məhsullarının qiymətinin birdən-birə artması ən çox kasıb ölkələrin əhalisinə zərbə vurub».

 Müqəddəs Kitab növbəti suallara cavab tapmağa kömək edir: nəyə görə dünyada bu cür ağır iqtisadi vəziyyət hökm sürür? Bu cür vəziyyətdə biz nə edə bilərik? İqtisadi problemlər birdəfəlik həll olunacaq?

«Axırzamanda» qiymət artımı

  •    Müqəddəs Kitabda yaşadığımız dövr «[axırzaman]» adlanır (2 Timutiyə 3:1).

  •    İsa peyğəmbər demişdi ki, bu dövrün səciyyəvi cəhəti «dəhşətli [mənzərələr]», yəni dəhşətli hadisələr olacaq (Luka 21:11). Getdikcə artan inflyasiya insanları dəhşətə gətirir. Onlar gələcəklərinə və ailələrinin dolanışığına görə çox narahatdırlar.

  •    «Vəhy» kitabında yaşadığımız axırzamanda ərzağın qiymətinin sürətlə artacağı peyğəmbərlik olunmuşdu. «Bu vaxt... bir səs gəldi: “Bir kilo buğda bir dinara [birgünlük əməkhaqqına], üç kilo arpa bir dinara”» (Vəhy 6:6).

 Axırzaman və «Vəhy» kitabındakı peyğəmbərliklər haqda daha çox öyrənmək üçün «1914-cü ildən dünya dəyişib» videosuna baxın və «Axırzaman carçıları və gələcəyiniz» adlı məqaləni oxuyun.

Bütün iqtisadi problemlərin həlli

  •    «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək» (Əşiya 65:21, 22).

  •    «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

  •    «Yehova deyir: “Budur, ayağa qalxıram, çünki məzlumlar sıxışdırılır, yoxsullar ah-nalə edir”» (Zəbur 12:5) a.

 Allah tezliklə yalnız hansısa bir ölkədə deyil, bütün dünyada ədalətsiz iqtisadi sistemə son qoyacaq. «Ədalətli iqtisadi sistem mümkündür?» məqaləsini oxuyun və görün O, bunu necə edəcək.

 Qiymətlərin sürətlə artdığı bu dövrdə Müqəddəs Kitab sizə maddi çətinliklərlə mübarizədə kömək edə bilər. Orada pulu düzgün xərcləməyə dair praktiki məsləhətlər verilir (Məsəllər 23:4, 5; Vaiz 7:12). Əlavə məlumat üçün «Dolanışığınızı təmin edin» və «Daha az pulla necə dolanmaq olar?» məqalələrini oxuyun.

a «Yehova» Allahın adıdır (Zəbur 83:18).