OYAQ QALIN!
Kimə etibar etmək olar? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Etibar etdiyin insan etimadını yerə vuranda adam məyus olur. Çoxları insanlara etibarını itirib, çünki…
siyasi liderlər öz maraqlarını insanların maraqlarından üstün tutur.
kütləvi informasiya vasitələri məlumatları doğru-dürüst çatdırmır.
alimlər cəmiyyətin rifahı üçün çalışmırlar.
dini liderlər isə Allahı təmsil etmək əvəzinə, siyasətçilərə yaxından dəstək olurlar.
İnsanların hər adama güvənməməsi doğrudur. Müqəddəs Kitabda deyilir:
«Qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin» (Zəbur 146:3).
Etibar edə biləcəyiniz kəs
Müqəddəs Kitabda güvənə biləcəyiniz bir nəfərin adı çəkilir. Bu, İsa Məsihdir. O sadəcə əsrlər öncə yaşamış yaxşı bir insan deyildi. Allah onu Padşah təyin edib və «onun Padşahlığının sonu olmayacaq» (Luka 1:32, 33). İsa Məsih Allahın hal-hazırda göydə hökmranlıq edən hökumətinin — Allahın Padşahlığının Padşahıdır (Mətta 6:10).
Nəyə görə İsa Məsihə etibar edə bilərsiniz? Bu suala cavab tapmaq üçün «Allahın Padşahlığının Padşahı kimdir?» və «Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?» adlı məqalələri oxuyun.