OYAQ QALIN!
Olimpiya oyunları həqiqətən insanları birləşdirə bilər? Müqəddəs Kitabda bu barədə nə deyilir?
2024-cü il Yay Olimpiya Oyunları zamanı təxminən beş milyard insanın 206 ölkə və ərazidən gələn idmançıların yarışlarına baxacağı gözlənilir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib: «Biz dünyanı sülhdə birləşdirən bir tədbirdə iştirak edirik. Gəlin bütün bəşəriyyəti aralarıdakı müxtəlifliyə baxmayaraq, sülh və birlik içində yaşamağa səsləyən Olimpiya oyunlarına layiqli şərəfi verək».
Olimpiya oyunları qoyduğu bu yüksək məqsədlərə çata bilər? Əsl sülh və birliyə ümid var?
Sülhün və birliyin mənbəyi
Bu ilki Olimpiya oyunları sadəcə idman yarışı deyil. Oyunlar insanlar arasında parçalanma yaradan ictimai və siyasi məsələləri önə çıxarıb. Bu məsələlərə insan haqları, iqçilik, dini ayrı-seçkilik və bərabərsizlik daxildir.
Olimpiya oyunları kimi beynəlxalq idman oyunları əyləncə xarakteri daşıyır. Bununla belə, bu cür oyunlar sülh və birlik yox, parçalanma və ixtilaf yaradır.
Müqəddəs Kitabda bu gün birliyin olmasını çətinləşdirən amillər barədə qabaqcadan deyilmişdi (2 Timutiyə 3:1—5). Bu barədə ətraflı öyrənmək üçün «Müqəddəs Kitabda bizim dövrdə insanların necə olacağı peyğəmbərlik edilib?» adlı məqaləni oxuyun.
Sülh və birliyə əsl ümid
Müqəddəs Kitab yer üzündə sülh və birliyin olacağına əsl ümid verir. Orada vəd olunur ki, bütün bəşəriyyət «Allahın Padşahlığı» adlanan səmavi hökumətin rəhbərliyi altında birləşəcək (Luka 4:43; Mətta 6:10).
Bu Padşahlığın Padşahı İsa Məsih bütün yer üzündə sülhə nail olacaq. Müqəddəs Kitabda deyilir:
«Onun dövründə saleh adam çiçəklənəcək» (Zəbur 72:7).
«O, imdad deyib çağıran fağırı... xilas edəcək... Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (Zəbur 72:12, 14).
Bu gün belə İsa Məsihin təlimləri 239 ölkə və ərazidə yaşayan milyonlarla insanı birləşdirir. Bütün dünyada yaşayan Yehovanın Şahidləri sülhpərvər olmağı öyrəniblər. Onlar buna necə nail olublar? Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının «Nifrət zəncirindən qurtuluş!» adlı sayına baxın.