Kontentə keç

Mündəricatı göstər

Rui Almeida Fotografia/Moment via Getty Images

OYAQ QALIN!

Siyasi zorakılıq. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Siyasi zorakılıq. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Siyasi zorakılıq dalğası bütün dünyanı öz ağuşuna alıb.

  •   Meksikada 2023—2024-cü il seçki kampaniyası rekord sayda siyasətçinin (39 siyasətçi) öldürülməsi və digər siyasi zorakılıq halları ilə yadda qaldı.

  •   Avropada son zamanlar çoxlu sayda siyasi zorakılıq halları olub. Bunlardan biri 15 may 2024-cü ildə Slovakiyanın baş nazirinə qarşı törədilmiş sui-qəsddir.

  •   13 iyul 2024-cü il tarixində eks-prezident Donald Trampa qarşı sui-qəsd cəhdi Birləşmiş Ştatların əhalisini şoka saldı.

 Nəyə görə siyasi zorakılıq baş alıb gedir? Nə vaxtsa buna son qoyulacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Siyasi parçalanmanın olacağı qabaqcadan deyilmişdi

 Müqəddəs Kitabda «axırzaman» adlanan yaşadığımız dövrdə insanların zorakı olacağı və aralarında güclü fikir ayrılığının yaranacağı əvvəlcədən deyilmişdi.

  •   «Bunu bil ki, axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar... nankor, vəfasız,.. barışmaz,.. zalım,.. xain, tərs, təkəbbürlü olacaqlar» (2 Timutiyə 3:1—4).

 Müqəddəs Kitabda həmçinin deyilmişdi ki, bu dövrün əlamətlərindən biri də siyasi iğtişaşlar və qarşıdurmalar olacaq (Luka 21:9). Bununla belə, siyasi zorakılıq və parçalanma əbədi davam etməyəcək.

Siyasi zorakılığın sonu

 Müqəddəs Kitabda yazılıb ki, Allah bütün insan hökumətlərini səmavi hökuməti ilə əvəz edəcək.

  •   «O padşahların dövründə göylərin Allahı... bir padşahlıq quracaq... [Bu padşahlıq] bütün... padşahlıqları əzib yox edəcək, özü isə əbədi duracaq» (Dənyal 2:44).

 Allahın Padşahlığı insanları birləşdirəcək və bütün dünyada əsl sülh yaradacaq.

  •   Allahın Padşahlığının Padşahı İsa Məsih «Sülh əmiri» adlanır və onun hakimiyyəti altında «sülhün sonu olmayacaq» (Əşiya 9:6, 7).

  •   Hətta yaşadığımız dövrdə belə onun davamçıları sülh içində yaşamağı öyrənirlər. Buna görə də Müqəddəs Kitabda deyilir: «Onlar qılınclarından gavahın, nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər» (Əşiya 2:3, 4).

 Ətraflı məlumat almaq üçün «Allahın Padşahlığı nələri həyata keçirəcək?» adlı məqaləni oxuyun və «Allahın Padşahlığı» adlı videoya baxın.