Kontentə keç

Mündəricatı göstər

Military equipment: Anton Petrus/Moment via Getty Images; money: Wara1982/iStock via Getty Images Plus

OYAQ QALIN

Müharibələrə trilyonlarla pul sərf edilir. Bəs əsl xərc nə qədərdir?

Müharibələrə trilyonlarla pul sərf edilir. Bəs əsl xərc nə qədərdir?

 Müharibələrə çəkilən xərc ağlasığmaz dərəcədə böyükdür.

  •    «Çoxsaylı müharibələrə çəkilən xərclər 2.2 trilyon dollara çatıb» («The Washington Post», 13 fevral 2024-cü il).

 Müharibənin qiyməti təkcə pul ilə ölçülmür. Nümunə üçün sadəcə Ukraynadakı müharibəyə baxaq.

  •    Əsgərlər. Bəzi hesablamalara görə iki il bundan əvvəl başlamış müharibədə təxminən 500 000 əsgər həlak olub və ya yaralanıb.

  •    Mülki şəxslər. Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata əsasən 28 000-dən çox adam həlak olub və ya yaralanıb. Bununla belə, BMT-nin rəsmisi bildirib: «Bu şiddətli müharibənin mülki əhaliyə yetirdiyi əsl ziyan ölçüyəgəlməzdir». a

 Dünyada müharibə və münaqişələrin insanlara verdiyi əzab-əziyyəti saymaqla bitməz.

  •    114 milyon. 2023-cü ilin sentyabr ayında bütün dünyada olan hesabata əsasən, müharibə və zorakılığa görə evlərindən didərgin düşmüş insanların sayı.

  •    783 milyon. Davamlı olaraq aclıqdan əziyyət çəkən insanların sayı. Aclığın ən böyük səbəbi hələ də münaqişələrdir. «Bütün dünyada aclıqdan əziyyət çəkən insanların 70 faizi müharibə və zorakılığın hökm sürdüyü ərazilərdə yaşayır» («World Food Programme»).

 Müharibələr nə vaxtsa bitəcək? Sülh üçün hansısa ümid var? Dünyanın zəngin resursları nə vaxtsa aclıq və yoxsulluğu aradan qaldırmaq üçün istifadə olunacaq? Müqəddəs Kitab bu barədə nə deyir?

Müharibə dövrü

 Müqəddəs Kitabda geniş miqyaslı müharibələrin olacağı qabaqcadan söylənilib və onlar simvolik olaraq atlı kimi təsvir olunub.

  •    «Meydana kürən at çıxdı. Onun belində oturana insanların bir-birini qırması üçün yer üzündən sülhü götürmək izni verilmişdi. Atlıya böyük bir qılınc verildi» (Vəhy 6:4).

 Bu simvolik atlının ardınca taun və ya digər səbəblərdən geniş yayılmış aclığı, ölümü təmsil edən digər iki atlı gəlir (Vəhy 6:5—8). Bu Müqəddəs Kitab peyğəmbərliyi haqda daha çox öyrənmək və bizim günümüzdə onun yerinə yetirildiyinə əmin olmaq üçün «Axırzaman carçıları və gələcəyiniz» adlı məqaləni oxuyun.

Sülh dolu gələcək

 Tezliklə dünya resursları daha müharibələrə sərf olunmayacaq. Bu insanların sayəsində baş verməyəcək. Müqəddəs Kitabda deyilir:

  •    «Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir» (Zəbur 46:9).

  •    Allah müharibələrin faciəvi nəticələrini aradan qaldıracaq. «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).

  •    Allah hər kəs üçün sülhü bərqərar edəcək. «Mənim xalqım dinclik hökm sürən yurdlarda, təhlükəsiz yerlərdə, sakit məkanlarda yaşayacaq» (Əşiya 32:18).

 Müqəddəs Kitab peyğəmbərliyinə əsasən bu gün gördüyümüz müharibələr və digər hadisələr sülh dövrünün yaxınlaşdığından xəbər verir.

 Allah bu cür gələcəyi necə təmin edəcək? O bunu səmavi Padşahlığı sayəsində edəcək (Mətta 6:10). Bu Padşahlığın nə olduğunu və onun sizin üçün nələr bəxş edəcəyi barədə öyrənmək üçün «Allahın Padşahlığı» adlı qısa videoya baxın.

a Miroslav Yença, Birləşmiş Millətlər Təşkilatının baş katibinin Avropa məsələləri üzrə köməkçisi, 6 dekabr 2023-cü il.