Kontentə keç

Mündəricatı göstər

Pawel Gluza/500Px Plus/Getty Images

OYAQ QALIN!

Son 50 ildə vəhşi heyvanların sayı 73 faiz azalıb. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Son 50 ildə vəhşi heyvanların sayı 73 faiz azalıb. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 2024-cü il oktyabrın 9-da Ümumdünya Vəhşi Təbiət Fondu insan fəaliyyətinin vəhşi təbiətə təsiri ilə bağlı xəbərdaredici hesabat dərc edib. Hesabatda deyilir ki, «son 50 il ərzində (1970—2020) nəzarət altında olan vəhşi təbiətdəki canlıların orta sayı 73 faiz azalıb». Hesabatda həmçinin qeyd olunur: «Növbəti beş ildə baş verəcək şeylərin yer üzündəki həyatın gələcəyi ilə bağlı həlledici olacağını desək yanılmarıq».

 Bu hesabat çoxlarını şoka salıb. Biz gözəl planetimizi sevirik və vəhşi təbiətin məhv edildiyini görmək bizə xoş deyil. Bizdə bu cür hisslərin olması normaldır, çünki Allah bizim ürəyimizə heyvanların qayğısına qalmaq istəyi qoyub (Yaradılış 1:27; Məsəllər 12:10).

 Ola bilsin, düşünürsünüz: «Biz yer üzünün vəhşi təbiətini qoruya biləcəyik? Müqəddəs Kitabda bu barədə nə deyilir?»

Gələcəyə ümid

 Nə qədər çalışsaq da, planetimizin vəhşi təbiətinin gələcəyi bizim yox, Allahın əlindədir. Müqəddəs Kitabda Vəhy 11:18 ayəsində əvvəlcədən yazılmışdı ki, Allah «yeri tələf edənləri tələf» edəcək. Bu ayədən iki şey öyrənirik:

  1.  1. Allah yol verməyəcək ki, insanlar yer üzünü tamamilə məhv etsinlər.

  2.  2. Allah tezliklə hərəkətə keçəcək. Bunu haradan bilirik? Tarixdə hələ heç vaxt insanlar vəhşi təbiəti məhv etməyə bu qədər yaxın olmamışdılar.

 Allah bu problemi necə həll edəcək? O, Padşahlığı, yəni səmavi hökuməti vasitəsilə bütün yer üzərində hökmranlıq edəcək (Mətta 6:10). Bu hökumət itaətkar insanlara vəhşi təbiətin qayğısına qalmaq və onu qorumaq üçün lazım olan təlimi verəcək (Əşiya 11:9).