Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Yehovanın Şahidləri və Holokost. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Yehovanın Şahidləri və Holokost. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 27 yanvar 2023-cü il tarixində çoxlu sayda insan Holokost qurbanlarının beynəlxalq anım gününü qeyd edəcək. 75 il əvvəl baş verən bu vəhşiliklər sizdə sual doğura bilər: «Nəyə görə Allah Holokostun baş verməsinə yol verdi?»

 Holokostun əsas qurbanları yəhudi xalqı olub. Milyonlarla insan ard-arda qətlə yetirilib. Holokost zamanı başqa insanlar da öldürülürdü. Onların arasında Müqəddəs Kitaba əsaslanan imanlarına görə təqib olunan Yehovanın Şahidləri də var idi.

«Gözəl gələcək, ümid»

 Çoxları Holokost kimi hadisələrin gələcəkdə yenidən təkrarlanacağı qorxusu ilə yaşayırlar. Amma Müqəddəs Kitabda bu kimi hadisələrin heç vaxt baş verməyəcəyi gələcək təsvir olunur.

  •   «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11) a.

 Yehova Allah hərəkətə keçib pisliyi və onun vurduğu bütün zərəri aradan qaldıranda bu ümid gerçəkləşəcək. Allah tezliklə:

  •   Başqalarına zərər vuran pis insanları yox edəcək (Məsəllər 2:22).

  •   Əzab-əziyyət çəkənlərin yaralarına məlhəm olacaq (Vəhy 21:4).

  •   Ölənləri yenidən yer üzündə həyata qaytaracaq (Yəhya 5:28, 29).

 Müqəddəs Kitabda verilən bu ümidə etibar edə bilərsiniz. Bu barədə daha çox öyrənmək üçün sizi ödənişsiz Müqəddəs Kitab dərslərinə (təlimatçı ilə) dəvət edirik.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18).