OYAQ QALIN!
Yeniyetmələrin psixoloji problemləri artır. Müqəddəs Kitabda bu barədə nə deyilir?
Bazar ertəsi, 13 fevral 2023-cü il tarixində ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ABŞ-da yeniyetmələrin psixoloji sağlamlığı ilə bağlı hesabat yayımladı. Hesabatda qeyd olunur ki, yuxarı sinif şagirdlərinin 40%-dən çoxu tez-tez özlərini qəmgin və ümidsiz hiss edir.
Mərkəzin Gənclərin və Məktəblilərin Sağlamlığı şöbəsinin rəhbəri Ketlin Etier deyir: «Son 10 ildə gənclər arasında psixoloji sağlamlığın pisləşdiyini onsuzda müşahidə edirdik, amma yeniyetmə qızlar arasında psixoloji sağlamlıq problemləri və intihar fikirləri əvvəlki ilə müqayisədə indi daha da artıb».
Hesabatda deyilir:
10 yeniyetmə qızdan 1-i (14 faiz) cinsi münasibətə məcbur edilib. Ketlin Etier deyir: «Bu, çox qorxulu statistikadır. Təsəvvür edin ki, tanıdığınız 10 qızdan ən azı 1-i, çox yəqin, təcavüzə məruz qalıb».
Təxminən 3 yeniyetmə qızdan 1-i (30 faiz) intihara cəhd edib.
Təxminən 5 yeniyetmə qızdan 3-ü (57 faiz) tez-tez özünü qəmgin və ümidsiz hiss edir.
Bu statistika həqiqətən də ürəkağrıdıcıdır. Gənclik çağı sevinc, xoşbəxtlik dövrü olmalıdır. Yeniyetmələrə stresin öhdəsindən gəlməyə nə kömək edə bilər? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Yeniyetmələrə kömək
Müqəddəs Kitabda yaşadığımız bu çətin dövr aydın şəkildə təsvir edilir. Orada bu dövr «son dərəcə çətin bir vaxt» adlanır (2 Timutiyə 3:1—5). Amma Müqəddəs Kitabdakı məsləhətlər bütün dünyada milyonlarla gəncə problemlərin öhdəsindən gəlməyə kömək edir. Növbəti məqalələrə baxın:
İntihar barədə düşünən yeniyetmələrə kömək
Depressiya, qəmginlik və ya mənfi hisslərlə mübarizə aparan yeniyetmələrə kömək
«Kədərdən sevincə» (qələm animasiyası)
Bullinqlə və ya kiberxuliqanlıqla mübarizə aparan yeniyetmələrə kömək
«Əl-qol atmadan xuliqanın cavabını ver» (qələm animasiyası)
Cinsi təcavüz və zorakılığa məruz qalmış yeniyetmələrə kömək
«Cinsi təcavüz haqda nəyi bilməliyəm? I hissə: Ehtiyat tədbirləri»
«Cinsi təcavüz haqda nəyi bilməliyəm? II hissə: Emosional yaranın sağalması»
Valideynlərə kömək
Müqəddəs Kitabda həmçinin valideynlər üçün məsləhətlər var. Bu məsləhətlərin sayəsində onlar yeniyetmə övladlarına həyatdakı çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. Növbəti məqalələrə baxın: