Kontentə keç

Fərdi məlumatlardan istifadə qaydasının qlobal siyasəti

Fərdi məlumatlardan istifadə qaydasının qlobal siyasəti

Biz fərdi məlumatlarınızı onları təqdim edərkən qeyd edilən məqsədlər üçün toplayır və istifadə edirik və onları bu və digər qanuni məqsədlər üçün tələb olunan müddət ərzində saxlayırıq. Hansısa fərdi məlumatı təqdim etməmək qərarına gəldiyiniz hallarda «Watchtower Bible and Tract Society of New York, Inc.» tərəfindən təqdim olunan bu saytın və ya tətbiqlərin müəyyən bölmələrinə daxil olmağınız mümkün olmayacaq, yaxud biz sizin sorğunuzu yerinə yetirə bilməyəcəyik.

Sorğu və ya ərizənizdə təqdim etdiyiniz məlumatlar onların üzərində əməliyyatlar aparan şəxslər və/və ya sorğunuzun yerinə yetirilməsi üçün lazım olan sistemlərin işləməsini təmin edən və digər xidmətlər göstərən texniki dəstək mütəxəssisləri üçün açıqdır. Aşağıdakı hallar istisna olmaqla, fərdi məlumatlarınızı heç kimə ötürmürük: 1) sizi qabaqcadan tam məlumatlandırmaq şərtilə, xahişinizi yerinə yetirmək üçün lazım olduqda; 2) bu kimi məlumatların açıqlanması tətbiqedilən hər hansı bir qanunvericiliyin və ya normativ aktın tələblərinə görə ağlabatan dərəcədə zəruri olduğuna əmin olduqda; 3) səlahiyyətli hakimiyyət nümayəndələrindən gələn sorğunu cavablandırmaq üçün zərurət yarandıqda; 4) bu, dələduzluq hallarını müəyyən etmək və ya qarşısını almaq üçün, eləcə də texniki səbəblərə görə lazım olduqda. Bu saytdan və tətbiqlərdən istifadə etməklə siz bizə fərdi məlumatlarınızı üçüncü şəxslərə sırf bu məqsədlər üçün açıqlamağa icazə vermiş olursunuz. Sizdən aldığımız fərdi məlumatların heç birini heç bir halda satış, mübadilə və icarəyə vermək üçün istifadə etməyəcəyik.

SAYTDA FƏRDİ MƏLUMATLARDAN İSTİFADƏ

Bu saytda çıxan materialların böyük qismini qeydiyyatsız əldə etmək olar, yəni sizdən bizə hər hansı bir məlumat göndərmək tələb olunmur. Bununla belə, bəzi funksiyalar yalnız qeydiyyatdan keçmiş, sorğu və ərizə göndərən, yaxud fərdi məlumatları Yehovanın Şahidlərinin yığıncaqları tərəfindən bu sayt vasitəsilə təqdim edilən istifadəçilər üçündür. Biz fərdi məlumatlarınızın üzərində razılığınız əsasında əməliyyatlar aparırıq. Müəyyən hallarda verdiyiniz icazəni geri götürdüyünüz təqdirdə belə, müvafiq hüquqi normalara riayət etmək şərtilə, məlumatlarınızın üzərində əməliyyatlar aparmağı davam etdirmək üçün qanuni əsasımız qalacaq.

Sayt vasitəsilə göndərdiyiniz fərdi məlumatlar yalnız onları göndərməzdən əvvəl sizə bildirilən məqsədlər üçün istifadə olunur. Həmin məqsədlər bunlar ola bilər:

İstifadəçi hesabları (akauntlar). Bu veb-saytda hesab yaradarkən təqdim etdiyiniz elektron poçt ünvanınız hesabınızla əlaqədar sizinlə əlaqə saxlamaq lazım gəldikdə istifadə olunacaq. Məsələn, istifadəçi adınızı və ya şifrənizi unutduğunuz halda onları bərpa etmək üçün bizə müraciət edərsinizsə, hesabınızın istifadəçi parametrlərində qeyd etdiyiniz elektron poçt ünvanına məktub göndəriləcək.

Ərizələr. Yehovanın Şahidlərinin təlimləri və fərdi məlumatlardan istifadə siyasəti ilə razısınızsa, saytımızda istifadəçi hesabı aça və bizə ərizə göndərə bilərsiniz. Bundan əlavə, aid olduğunuz yığıncaq da sizin adınızdan bu sayt vasitəsilə ərizə göndərə bilər. Hər ərizədə onun məqsədi göstərilir: məsələn, bu, dini xidmətinizi genişləndirmək, yaxud rayon, regional toplantılar və digər tədbirlər zamanı yerləşdirilmə barədə sorğu ola bilər. Ərizədə qeyd edilən fərdi məlumatlarınıza həm sizin göndərdiyiniz, həm də yerli ağsaqqallar və ya rayon nəzarətçisi tərəfindən göndərilən şəxsi məlumatlarınız daxil ola bilər. Təqdim edilən məlumatlar yalnız ərizənizin işlənməsi və ona baxılması, eləcə də bununla bağlı inzibati məqsədlər, o cümlədən istifadəçi hesabınızın yaradılması üçün istifadə olunacaq, çünki bu, ərizənin işlənməsi prosesinin bir hissəsidir. Ərizənizin işlənməsi üçün lazım olarsa, ərizədəki məlumatlar digər filiallara, Yehovanın Şahidlərinin Ümumdünya Baş idarəsinə və Yehovanın Şahidlərinin müxtəlif ölkələrdə əməkdaşlıq etdiyi bu kimi digər təşkilatlara da göndərilə bilər. Hər bir halda ərizələrə fərdi qaydada baxılır, qərarlar avtomatik şəkildə qəbul edilmir.

Profil səhifəsi. Siz hesab yaradandan sonra yığıncağın katibi sizə «Profilim» səhifəsinə giriş etmək üçün icazə verəcək. Hub.pr418.com saytındakı «Profilim» səhifəsinə əlavə şəxsi məlumat yerləşdirməyi seçsəniz, sizdən soruşulacaq ki, mümkün əlavə xidmətlərin göstərilməsi və sizinlə əlaqə yaradılması üçün bu məlumatlardan istifadə edilməsinə razısınız, ya yox. Əgər hansısa layihədə kömək etmək istəsəniz və «Profilim» səhifəsində bacarıqlarınızı qeyd etsəniz, avtomatik proqram layihə ilə bağlı bacarıqlarınızı nəzərdən keçirə bilər. Məlumatlarınızın işlənməsi üçün lazım olarsa, bu məlumatlar digər filiallara, Yehovanın Şahidlərinin Ümumdünya Baş idarəsinə və Yehovanın Şahidlərinin müxtəlif ölkələrdə əməkdaşlıq etdiyi bu kimi digər təşkilatlara da göndərilə bilər.

Təlim. Tikinti layihələri də daxil olmaqla hər hansı layihədə iştirak etmək üçün uyğun gəlsəniz, təlimlərin təşkilatçısı sizi təlimdə iştirak etməyə dəvət edə bilər. Siz dəvəti qəbul edə və ya ondan imtina edə bilərsiniz, eləcə də təlim başlamazdan əvvəl iştirak etməkdən imtina edə bilərsiniz. Əgər dəvəti qəbul etsəniz, təlimatçılar sizin davamiyyətinizi qeydə alacaq, təlimdə iştirak etməklə hansı məqsədlərə çatdığınızı müəyyən edəcək və barənizdə qeydlər aparacaq. Həmçinin təşkilatçılar və təlimatçılar hub.pr418.com saytındakı «Profilim» səhifəsində əlavə etdiyiniz bacarıqları nəzərdən keçirib qiymətləndirəcəklər. Məlumatlarınızın işlənməsi üçün lazım olarsa, bu məlumatlar digər filiallara, Yehovanın Şahidlərinin Ümumdünya Baş idarəsinə və Yehovanın Şahidlərinin müxtəlif ölkələrdə əməkdaşlıq etdiyi bu kimi digər təşkilatlara da göndərilə bilər.

İanələr. Onlayn pul ianə etdikdə biz adınızı və əlaqə məlumatlarınızı saxlayırıq. Bank kartları vasitəsilə edilən ianələri qəbul etmək üçün biz dünya səviyyəli təhlükəsizliyi və fərdi məlumatların mühafizəsini təmin edən onlayn ödənişlərin akkreditə edilmiş emalı xidmətlərindən istifadə edirik. İanənizin emalı zamanı biz bank kartınızın və ya bank hesabınızın nömrəsi kimi maliyyə məlumatlarınızı ala və lazımi məlumatları onlayn ödənişləri emal edən xidmətlərə göndərə bilərik. İanənizin emalı prosesi mühafizə olunur və Ödəmə Kartı Sənaye Məlumat Təhlükəsizliyi Standartına (PCI DSS) cavab verir. İanələri qəbul edənlərin qanuni maraqlarına və ya istənilən tətbiqedilən hüquqi normalara müvafiq olaraq, biz ianələr haqda qeydləri lazım olan müddət ərzində saxlayırıq. Həmin qeydlərə ianənin edildiyi tarix, ianə məbləği və edilmə üsulu haqda məlumat daxildir. Bu bizə mühasibat uçotu standartlarına əməl etməyə və həmin müddət ərzində sizdə yarana biləcək suallara cavab verməyə kömək edir. Əlavə ianələr etməyiniz üçün sizinlə əlaqə saxlamayacağıq.

Sizə ziyarət edilməsini xahiş edin. Müqəddəs Kitab və ya Yehovanın Şahidləri haqqında daha çox öyrənmək üçün xahiş edə bilərsiniz ki, bir Yehovanın Şahidi sizi ziyarət etsin. Təqdim etdiyiniz fərdi məlumatlardan yalnız göstərdiyiniz məqsəd üçün istifadə edəcəyik. Müraciətinizi təsdiq edəndən sonra bu müraciətin yerinə yetirilməsi məqsədilə, lazım gəldikdə, bu məlumatlar digər filiallara, yaxud Yehovanın Şahidlərinin əməkdaşlıq etdiyi təşkilatlara göndərilə bilər.

Digər məqsədlər. Siz fərdi məlumatlarınızı (məsələn, adınızı, soyadınızı, poçt ünvanınızı, mobil telefon nömrənizi) yalnız hesab yaratmaq, ərizə vermək və ianə etmək üçün deyil, digər məqsədlər üçün də təqdim edə bilərsiniz. Sizdən fərdi məlumatlarınızı təqdim etməyi xahiş edəndə biz hər dəfə bunun məqsədini aydın göstərəcəyik. Fərdi məlumatlarınızdan göstərilməyən məqsədlər üçün istifadə etməyəcəyik.

«JW LIBRARY» TƏTBİQİNDƏ FƏRDİ MƏLUMATLARDAN İSTİFADƏ

«JW Library» tətbiqində fərdi məlumatlarınızdan necə istifadə edildiyi barədə «“JW Library” tətbiqində fərdi məlumatlardan istifadə» səhifəsində izah olunub.

Səhifədə izah olunduğu kimi, tətbiq məlumatları jw.org saytından yükləyir. Bu yükləmələr zamanı jw.org veb-saytı istifadəçinin IP ünvanına çıxış əldə edir. Saytın topladığı məlumatlar tətbiqlə əlaqəli xidmətlərin göstərilməsi, bu xidmətlərin təkmilləşdirilməsi və təhlükəsiz mühitin saxlanması məqsədini daşıyır. Xüsusilə, aşağıdakı kimi istifadə olunur: proqrama giriş və onun istifadəçi tərəfindən istifadəsi, əməliyyatın idarə edilməsi və tətbiqin optimallaşdırılması, fırıldaqçılıq və zərərli proqramların qarşısının alınması və aşkarlanması, təhlükəsizlik insidentlərinin idarə edilməsi.

MƏLUMATLARIN TRANSSƏRHƏD ÖTÜRÜLMƏSİ

Dini təşkilat bütün dünyada müxtəlif hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərir. Saytda və tətbiqlərdə olan materialların saxlanıldığı serverlərin bəziləri Amerika Birləşmiş Ştatlarında yerləşir. Biz sizin fərdi məlumatlarınızı daima yaşadığınız ölkənin xaricinə ötürə bilərik. Bundan əlavə, fərdi məlumatlarınızı ötürdüyümüz bəzi ölkələrdə fərdi məlumatlar haqqında qanunlar və onların mühafizəsi səviyyəsi sizin hal-hazırda yaşadığınız ölkənin qanunlarından və mühafizəsi səviyyəsindən fərqlənə bilər. Məlumatlarınızı işləyərkən və onları transsərhəd ötürərkən məlumatlarınızın təhlükəsizliyi üçün lazım olan tədbirləri görürük. Əməkdaşlıq və istifadə etdiyimiz bütün təşkilatlardan gözləyirik ki, onlar da bizim fərdi məlumatların mühafizəsi siyasətimizə, eləcə də bu qəbildən olan qanun və normativ aktlara əməl edəcək.

Bu sayta daxil olmaqla və elektron rabitə vasitələrinin köməyi ilə bizimlə əlaqə saxlamaqla siz fərdi məlumatlarınızın transsərhəd ötürülməsinə razılıq vermiş olursunuz. Bir çox hallarda biz bu köçürmələr üçün standart bəndləri olan müqavilələrdən də istifadə edirik.

SİZİN HÜQUQLARINIZ

Hər dəfə fərdi məlumatlarınızın üzərində əməliyyat apararkən onların dəqiq və aktual olması, eləcə də topladığımız məqsədlərə münasib olması üçün lazım olan tədbirləri görürük. Yaşadığınız ölkədən və fərdi məlumatların mühafizəsi haqqında ölkə qanunlarından asılı olaraq, bizə təqdim etdiyiniz məlumatlarla əlaqədar növbəti hüquqlarınız ola bilər:

  • Yerli qanunlara uyğun olaraq, siz şəxsi məlumatlarınızın necə toplanıldığı və istifadə olunduğu haqda məlumat təqdim etməyimizi xahiş edə bilərsiniz.

  • Siz fərdi məlumatlarınıza giriş etməyi, onları bloka salmağı, silməyi, yaxud tam və ya dəqiq olmadıqda onlara düzəlişlər etməyi xahiş edə bilərsiniz.

  • Qanuni əsasınız olduqda, fərdi məlumatlarınızın üzərində əməliyyatların aparılmasına etiraz edə və onların üzərində daha əməliyyat aparmamağı xahiş edə bilərsiniz.

Əgər yaşadığınız ölkədə fərdi məlumatların mühafizəsi haqqında tətbiqedilən qanunlar varsa və siz fərdi məlumatlarınıza giriş etmək, düzəliş etmək və ya onları silmək istəyirsinizsə, «Fərdi məlumatların mühafizəsi üzrə əlaqə məlumatı» səhifəsinə daxil olun.

Yazılı sorğunuz daxil olduğu təqdirdə, şəxsiyyətinizi dəqiq müəyyən etməyə və fərdi məlumatlarınızı identifikasiya etməyə kömək edəcək yetərli məlumat aldıqdan sonra fərdi məlumatlar üzərində əməliyyat aparan səlahiyyətli operator sorğunuza obyektiv şəkildə baxacaq; o, fərdi məlumatlarınıza giriş verməkdə, onlara düzəliş etməkdə və ya silməkdə həm sizin maraqlarınızı, həm də dini təşkilatın qanuni maraqlarını nəzərə alacaq, xüsusilə də əgər fərdi məlumatlarınıza giriş təqdim etməyimiz təşkilata ziyan vurulmasına, yaxud onun din və ibadət etmək azadlığı hüququnun pozulmasına səbəb olacaqsa. Biz həmçinin üçüncü şəxsləri də lazımi dəyişikliklər etmək barədə məlumatlandıracağıq.

Xahiş edirik, nəzərə alın ki, əgər məlumatlarınızın üzərində əməliyyatların aparılması qanunla tələb olunursa, yaxud digər qanuni əsasla onların saxlanılmasına zərurət varsa, məlumatlarınız silinməyə bilər. Məsələn, dini təşkilat hər bir Yehovanın Şahidinin statusu barədə məlumatların həmişəlik saxlanılmasında maraqlıdır. Bu kimi məlumatları silmək təşkilatın dini etiqad azadlığı və ibadət etmək hüququnun əsassız pozulmasına gətirib çıxaracaq. Fərdi məlumatları silmək sorğuları təşkilatın qarşısında qoyulan hesabat vermək və sənədlərin saxlanılması tələblərindən asılı olaraq yerinə yetirilir. Bundan əlavə, siz fərdi məlumatların mühafizəsini təmin edən yerli hakimiyyət orqanlarına bizə təqdim etdiyiniz məlumatlar üzərində əməliyyatların aparılması ilə əlaqədar şikayət verə bilərsiniz.