Müqəddəs Yazılarda eynicinsli insanların nikahı barədə nəsə deyilirmi?
Müqəddəs Yazıların cavabı
Yaradanımız nikahla bağlı qayda-qanunları insan hökumətlərindən xeyli qabaq təsis etmişdi. Müqəddəs Kitabın ilk səhifələrində deyilir: «Kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq» (Tövrat, Yaradılış 2:24). Bir lüğətə əsasən, burada «qadın» kimi tərcümə edilən ibrani sözünün altında «qadın cinsindən olan insan» nəzərdə tutulur («Vine’s Expository Dictionary of Biblical Words»). İsa peyğəmbər də təsdiq etmişdi ki, nikaha daxil olanlar hökmən «kişi və qadın» olmalıdır (İncil, Matta 19:4).
Deməli, Allahın niyyətinə əsasən, nikah kişi ilə qadın arasında bağlanan daimi ittifaqdır. Onlar bir-birini tamamlayacaq şəkildə yaradılıb. Bunun sayəsində kişi ilə qadın bir-birlərinin emosional və cinsi tələbatlarını təmin edə və dünyaya uşaq gətirə bilərlər.