İblis harada yaşayır?
Müqəddəs Yazıların cavabı
Ruhani varlıq olduğu üçün İblis gözəgörünməz aləmdə yaşayır. Ancaq ora, şəkildə təsvir olunduğu kimi, onun pislərə işgəncə verdiyi odlu cəhənnəm deyil.
«Göydə müharibə»
Vaxtilə İblis ruhani aləmdə sərbəst gəzə bilirdi, o hətta sadiq mələklərlə birgə Allahın hüzuruna da çıxırdı (Əyyub 1:6). Ancaq Müqəddəs Kitabda əvvəlcədən deyilmişdi ki, «göydə müharibə» olacaq və Şeytan göydən qovulub «yerə atılacaq» (Vəhy 12:7—9). Müqəddəs Kitab xronologiyası və dünyada cərəyan edən hadisələr təsdiq edir ki, göydəki müharibə artıq olub. Və bu gün Şeytanın məskəni yerin hüdudları ilə məhdudlaşıb.
Bu o deməkdirmi ki, Şeytan İblisin bizim planetdə xüsusi məskəni var? Məsələn, Müqəddəs Kitabda qədim Perqam şəhəri «Şeytanın yaşadığı» və «Şeytanın taxtı olan [yer]» adlanır (Vəhy 2:13). Bu ifadələr həmin şəhərin şeytani ibadətin məskəni olduğuna işarə edir. Allahın Kəlamında deyilir ki, İblis «dünyanın bütün padşahlıqlarını» idarə edir. Buradan belə nəticəyə gəlirik ki, Şeytan İblis Yer kürəsinin konkret bir yerində yaşamır, amma onun məskəni Yer kürəsi ilə məhdudlaşdırılıb (Luka 4:5, 6).