İsa Məsih özünü Allaha bərabər tuturdu?
Müqəddəs Yazıların cavabı
İsa Məsih heç vaxt özünü Allaha bərabər tutmazdı. Əksinə, İsa Məsih Uca Yaradana «öz Allahım», — deyə müraciət edərdi (İncil, Yəhya 20:17).
Bundan əlavə, İsa Məsih dualarını Allaha edərdi (İncil, Matta 26:39). Davamçılarına da göydəki Allaha dua etməyi və Onun adını ucaltmağı öyrədərdi (İncil, Matta 6:9).
Bir dəfə də israillilərə müraciətdə İsa Məsih Tövratdan bir ayə gətirərək belə dedi: «Eşit, ey İsrail! Allahımız Yehovadır; Yehova yeganə Allahdır» (İncil, Mark 12:29; Tövrat, Qanunun təkrarı 6:4).