Depressiyadayamsa, Müqəddəs Kitabın mənə köməyi dəyə bilərmi?
Müqəddəs Yazıların cavabı
Bəli, bilər, çünki ən yaxşı kömək «üzüntülü olanlara təsəlli verən Allah»dan gəlir (2 Korinflilərə 7:6, İncil—1993)
Depressiyada olanlara Allah necə dayaq olur?
Taqət verməklə. Allah problemlərinizi aradan qaldırmaqla yox, onlara tab gətirmək üçün güc istədiyiniz dualara cavab verməklə təsəlli verir (Filipililərə 4:13). Əmin ola bilərsiniz ki, O, sizi dinləməyə həmişə hazırdır, çünki Müqəddəs Kitabda deyilir: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məzmur 34:18). Hətta ürəyinizdən keçənləri ifadə edə bilməsəniz də, Allah sizin fəryadınızı eşidir (Romalılara 8:26, 27).
Başqalarının nümunələri ilə. Müqəddəs Kitabı yazanlardan biri Allaha dua edirdi: «Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm». Bu məzmurçu Allahın bizim günahlarımızı bağışladığını və bununla da bizi vicdan əzabından qurtardığını özünə xatırlatmaqla depressiya ilə mübarizə aparırdı. O, Allaha demişdi: «Bizim təqsirlərimizi siyahıya alsan, bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? Amma Sən bağışlayansan, ona görə hamı Səndən çəkinir» (Məzmur 130:1, 3, 4).
Ümid verməklə. Bizə təsəlli verməklə yanaşı, Allah vəd edir ki, depressiyaya səbəb olan bütün amilləri gələcəkdə aradan qaldıracaq. Onun bu vədi həyata keçəndə «əvvəlki işlər [depressiya da daxil olmaqla] bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17).
Qeyd: Allahdan kömək istəməklə yanaşı, Yehovanın Şahidləri klinik depressiya kimi xəstəliklərin müalicəsi üçün həkimlərə müraciət edirlər (Mark 2:17). Ancaq biz hər hansı bir müalicə üsulu təklif etmirik. Biz hesab edirik ki, bu kimi məsələlərdə hər kəs özü qərar verməlidir.