Kontentə keç

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

Müqəddəs Yazıların cavabı

 Peyğəmbərlik Allah tərəfindən ilhamlandırılan xəbərdir, ilahi vəhydir. Müqəddəs Kitabda deyilir ki, peyğəmbərlər «Müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar» (2 Butrus 1:20, 21). Peyğəmbər Allahın sözünü insanlara çatdıran kəsdir (Həvarilərin işləri 3:18).

Allah peyğəmbərlərə Öz sözünü necə çatdırıb?

 Allah-Taala bunu müxtəlif üsullarla edib:

  •   Yazılı şəkildə. Allah bu üsuldan, ən azı, bir dəfə istifadə edib. O, Musa peyğəmbərə On əmri yazılı şəkildə vermişdi (Çıxış 31:18).

  •   Mələklər vasitəsilə danışmaqla. Məsələn, Allah Musa peyğəmbərin Misir fironuna çatdırmalı olduğu xəbəri mələk vasitəsilə demişdi (Çıxış 3:2—4, 10). Əgər çatdırılmalı olan xəbər çox önəmli xəbər idisə, Allah birbaşa mələyini göndərirdi ki, bu xəbəri diqtə etsin. Misal üçün, Musa ilə danışarkən: «Bu sözləri yaz, çünki səninlə və İsrail xalqı ilə məhz bu sözlərə əsasən əhd bağlayıram» a (Çıxış 34:27).

  •   Görüntülər vasitəsilə. Allah bəzi görüntüləri peyğəmbərlər oyaq olanda göstərmişdi (Əşiya 1:1; Həbquq 1:1). Bəzi görüntüləri onlar aydın şəkildə görürdülər (Luka 9:28—36; Vəhy 1:10—17). Elə məqamlar da olub ki, görüntülər onların gözünə görünüb (Həvarilərin işləri 10:10, 11; 22:17—21). Allah həmçinin peyğəmbərə yuxuda ikən röyalar göstərməklə öz xəbərini çatdırmışdı (Dənyal 7:1; Həvarilərin işləri 16:9, 10).

  •   Düşüncəni istiqamətləndirməklə. Allah Öz xəbərini çatdırmaq üçün peyğəmbərlərin düşüncəsini istiqamətləndirirdi. Bu səbəbdən Müqəddəs Kitabda deyilirdi: «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır» (2 Timutiyə 3:16). Bu ayənin başqa bir tərcüməsində «Allah tərəfindən ilhamlanmışdır» ifadəsi «Allah üfürüb» kimi verilib. Allah Öz müqəddəs ruhundan, yəni fəal qüvvəsindən fikirlərini xidmətçilərinin düşüncəsinə «üfürmək» üçün istifadə edib. Fikir Allaha məxsus olsa da, fikri ifadə etmək üçün sözləri peyğəmbərlər özləri seçmişlər (2 İşmuil 23:1, 2).

Peyğəmbərlik həmişə gələcəkdən xəbər verir?

 Xeyr. Müqəddəs Kitabda təkcə gələcək haqda peyğəmbərlik edilməyib. Allahdan gələn sözlərin çoxu, dolayı yolla da olsa, gələcəklə bağlıdır. Məsələn, Allahın peyğəmbərləri dəfələrlə qədim İsrail xalqını xəbərdar etmişdilər ki, tutduqları pis əməllərdən əl çəksinlər. Onlar bu xəbərdarlıqlara qulaq assaydılar, gələcəkdə xeyir-dua alacaqdılar, ancaq qulaq asmasaydılar, gələcəkdə bədbəxtliklərlə üzləşəcəkdilər (Ərəmya 25:4—6). Hər şey onların seçimlərindən asılı idi (Qanunun təkrarı 30:19, 20).

Müqəddəs Kitab peyğəmbərlikləri təkcə gələcəkdən xəbər vermir

a İlk baxışdan adama elə gələ bilər ki, bu hadisədə Yehova Özü Musa ilə danışıb. Lakin Müqəddəs Kitab göstərir ki, Qanun əhdini Musaya bildirmək üçün Allah mələklərdən istifadə edib (Həvarilərin işləri 7:53; Qalatiyalılara 3:19).