Yer üzündə sülh necə bərqərar olacaq?
Müqəddəs Yazıların cavabı
Yer üzündə mütləq sülh olacaq, ancaq bunu insan yox, Allahın səmavi Padşahlığı edəcək. Gəlin Müqəddəs Yazıların buna dair verdiyi möhtəşəm ümidi nəzərdən keçirək.
Allah «yerin ucqarlarınadək döyüşləri dayandıra[caq]» və «bəyəndiyi insanlara sülh nəsib» edəcəyinə dair vədini həyata keçirəcək (Zəbur, Məzmur 46:9; İncil, Luka 2:14).
Allahın Padşahlığı göydən bütün yer üzünü idarə edəcək (Daniel 7:14). O, ümumbəşər hökumət kimi, bir çox münaqişələrin kökündə duran milliyyətçiliyi aradan qaldıracaq.
Müqəddəs Yazılarda Allahın Padşahlığının rəhbəri olan İsa Məsih «Sülh Hökmdarı» adlanır və orada deyilir ki, onun «sülhünün artmasının sonu olmayacaq» (Peyğəmbərlərin kitabı, Yeşaya 9:6, 7).
Allahın Padşahlığının idarə edəcəyi yer üzündə davakar insanlara yer yoxdur, çünki «Rəbb... zülmkar[a] nifrət edir» (Zəbur, Məzmur 11:5; Süleymanın məsəlləri 2:22).
Allah Öz bəndələrinə sülh içində necə yaşamağı öyrədir. Bu təlimin bəhrəsi Müqəddəs Yazılarda belə təsvir olunur: «Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Peyğəmbərin kitabı, Yeşaya 2:3, 4).
Artıq bütün dünyada milyonlarla Yehovanın Şahidi Allahın Kəlamından sülhpərvər olmağı öyrənirlər (İncil, Matta 5:9). Müxtəlif millətlərdən, irqlərdən olmağımıza və 230-dan çox ölkə və ərazidə yaşamağımıza baxmayaraq, biz heç bir insana qarşı silah qaldırmırıq!
Yehovanın Şahidləri hamı ilə sülhdə olmağın yollarını öyrənirlər