GƏNCLƏRİN SUALLARI
Valideynlərimlə necə yola gedə bilərəm?
Test
Hansı valideyninlə daha çox mübahisə yaranır?
Atamla
Anamla
Tez-tezmi həmin valideyninlə mübahisən yaranır?
Nadir hallarda
Aradabir
Tez-tez
Mübahisəniz nə dərəcədə şiddətli olur?
Tez və sülhlə həll olunur.
Ancaq uzun mübahisədən sonra həll olunur.
Hətta uzun mübahisədən sonra da həll olunmur.
Əgər sən valideynlərinlə yola gedə bilmirsənsə, fikirləşə bilərsən ki, vəziyyəti onlar düzəltməlidirlər. İndi isə mübahisənin sayını azaltmaq və aranı yumşaltmaq üçün sənin hansı addımları ata biləcəyinə baxaq. Əvvəlcə fikirləş...
Mübahisəyə səbəb nədir?
Düşünmə qabiliyyəti. Böyüdükcə düşüncələrin daha dərin olur, nəinki uşaq olanda. Getdikcə düşüncə tərzin formalaşır və valideynlərinin düşüncə tərzindən fərqlənir. Ancaq Müqəddəs Kitabda deyilir: «Atanıza və ananıza hörmət edin» (Çıxış 20:12).
Fakt. Deyinmədən razılaşmaq üçün yetkin olmaq lazımdır.
Sərbəstlik. Böyüdükcə valideynlərin sənə daha çox sərbəstlik verəcəklər. Ancaq problem ondadır ki, sən daha çox və ya tez-tez sərbəstlik istəyə bilərsən. Bu da mübahisəyə gətirib çıxaracaq. Ancaq Müqəddəs Kitabda deyilir: «Valideynlərinizin sözünə qulaq asın» (Efeslilərə 6:1).
Fakt. Valideynlərinin sənə daha çox azadlıq verməsi əlində olan azadlıqdan necə istifadə etməyindən asılıdır.
Sən nə edə bilərsən?
Öhdənə düşəni et. Valideynlərini günahlandırmaqdansa, necə sülh yarada biləcəyini fikirləş. Cefri adlı bir gənc deyir: «Mübahisəni heç də həmişə valideynlərinin sözləri yox, sənin bu sözlərə verdiyin reaksiya alovlandırır. Sakit danışmaqla vəziyyəti yüngülləşdirə bilərsən».
Müqəddəs Kitabda deyilir: «Əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:18).
Qulaq as. 17 yaşlı Samanta etiraf edir: «Boynuma alıram ki, bunu etmək çox çətindir. Amma valideyn görsə ki, sən ona qulaq asırsan, o da sənə qulaq asacaq».
Müqəddəs Kitabda deyilir: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19).
Fikirləş ki, komanda yoldaşındır. Təsəvvür et ki, mübahisə bir idman oyunudur. Məsələn, tennis. Gərək sən məsələni valideyninə yox, torun o biri tərəfinə ötürəsən. Adam adlı gənc deyir: «Mübahisə vaxtı valideynlər uşaqları üçün ən yaxşısını istəyir, elə uşaqlar da özləri üçün ən yaxşısını istəyir. Belə baxanda ikisinin də məqsədi eynidir».
Müqəddəs Kitabda deyilir: «Sülhə aparan... şeylərə can ataq» (Romalılara 14:9).
Anlayışlı ol. Sara adlı gənc qız deyir: «Çalışıram valideynlərimi də başa düşüm, çünki onların mübarizə apardıqları şəxsi problemləri heç də bizimkindən az deyil». Karla adlı başqa bir gənc qız da bu sözlərə qoşularaq deyir: «Özümü valideynlərimin yerinə qoymağa çalışıram. Əgər uşaq böyütsəm və eyni vəziyyətlə rastlaşsam, mən necə davranardım? Uşağımın yaxşılığını düşünərdimmi?»
Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).
İtaətkar ol. Sonda Müqəddəs Kitab səndən bu cür davranmağı tələb edir (Koloslulara 3:20). İtaətkar olsan, işlərin yağ kimi gedəcək. Karen adlı gənc qız deyir: «Valideynlərimin sözlərinə qulaq asanda daha az stress keçirirəm. Onlar mənim üçün çox qurbanlar veriblər, buna görə də mənim itaətkarlığım onların etdiklərinin yanında heç nədir». İtaətkarlıq mübahisənin dərmanıdır!
Müqəddəs Kitabda deyilir: «Odun olmayanda ocaq sönər» (Məsəllər 26:20).
Məsləhət. Əgər valideyninlə ünsiyyət etmək sənə çətindirsə, düşüncələrini bir vərəqə yaz ya da mesajla göndər. Alisa adlı qız bölüşür: «Mən bunu kefim yaxşı olmayanda edirəm. Bu, mənə qışqırmadan və sonradan peşman olacağım sözlər demədən hisslərimi ifadə etməyə kömək edir».