Kontentə keç

Şamil Xakimov 2019-cu il fevral ayında həbsə salınmazdan əvvəl

4 MART 2021
TACİKİSTAN

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası Şamil Xakimovun azadlığa buraxılmasını tələb edəcək

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası Şamil Xakimovun azadlığa buraxılmasını tələb edəcək

24 fevral 2021-ci il tarixində ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) komissarı Nurı Törkl elan etdi ki, Tacikistandan olan 70 yaşlı qardaşımız Şamil Xakimovu BDAK-nın «Dini əqidə məhbusları proqramı» çərçivəsində müdafiə edəcək. Cənab Törkl bildirdi: «Bu xəstə yaşlı kişi ona kəsilmiş yeddi il yarım müddətli saxta hökm ucbatından 2019-cu ildən köhnə, ağzınacan dolu həbsxanada zülm çəkir. Bu cəza Yehovanın Şahidi kimi öz dininə dinc şəkildə etiqad etdiyinə görə haqsız olaraq həbsə salınan insan üçün ölüm hökmünə bərabərdir».

Şamil qardaş duldur. O, 2019-cu il yanvar və fevral aylarında Tacikistanın şimalında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (MCMİ) tərəfindən sorğu-sual edilmiş 24 Yehovanın Şahidindən biridir. MCMİ onu tutub təşkilatın quruluşu və necə Yehovanın Şahidi olduğu barədə sorğu-sual etmişdi.

Şamil qardaşı səkkiz saat həbsdə saxlamışdılar. Bu müddət ərzində təzəlikcə əməliyyat olunmuş qardaşa lazımi tibbi yardım göstərilməmişdi. O həm də yüksək qan təzyiqindən əziyyət çəkir. Polis onu evinə gətirəndə isə onun elektron cihazlarını, Müqəddəs Kitablarını, nəşrlərini və pasportunu müsadirə etdi. Pasportu olmadan Şamil qardaş pensiyasını ala və əməliyyatdan sonrakı müalicəsinin xərclərini ödəyə bilmirdi.

28 fevral 2019-cu il tarixində Xucand Şəhər Məhkəməsinin hakimi Şamil qardaş barədə həbs qətimkan tədbiri seçdi. Bu müddət üç dəfə uzadıldı. İstintaq və məhkəmənin getdiyi bütün müddət ərzində o, həbsdə saxlanıldı.

10 sentyabr 2019-cu il tarixində onu yeddi il yarım müddətinə həbsə məhkum etdilər. Lakin 4 iyul 2020-ci il tarixində həbsxana müdiriyyəti Şamil qardaşa məlumat verdi ki, onun həbs cəzasının müddəti iki il, üç ay, on gün azaldılıb. O, 16 may 2024-cü il tarixində azadlığa buraxılmalıdır.

Biz əminik ki, Yehova həmişə bacı-qardaşlara səbirlə və sevinclə dözməyə kömək edəcək (Zəbur 20:2).