Kontentə keç

19 MART 2021
TACİKİSTAN

BMT-nin İnsan Hüquqları Komitəsi Şamil Xakimov üçün xüsusi tədbirlərin görülməsini xahiş edib

BMT-nin İnsan Hüquqları Komitəsi Şamil Xakimov üçün xüsusi tədbirlərin görülməsini xahiş edib

19 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Komitəsi (CCPR) Tacikistan hökumətindən xahiş etdi ki, 70 yaşlı qardaşımız Şamil Xakimovun səhhəti ilə əlaqədar müəyyən tədbirlər görsün. Yaşlı qardaşımız dinc şəkildə imanına etiqad etdiyinə görə 2019-cu ilin fevral ayından həbsdədir. Belə ki, komitə xahiş edib ki, Şamil Xakimovun işinə baxdığı müddətdə o, müalicə üçün ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilsin və həbs cəzası alternativ cəza növü ilə əvəz edilsin.