Kontentə keç

3 FEVRAL 2022
TACİKİSTAN

BMT-nin İnsan Hüquqları Komitəsinin qərarı: Tacikistan Tyerri Amedzronun hüquqlarını pozub

BMT-nin İnsan Hüquqları Komitəsinin qərarı: Tacikistan Tyerri Amedzronun hüquqlarını pozub

14 dekabr 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Komitəsi qət etdi ki, Tacikistan qardaşımız Tyerri Amedzronu həbs edib Qazaxıstana deportasiya etməklə onun hüquqlarını pozub.

Komitə həbsin özbaşına olduğunu və BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktını pozduğunu müəyyən edib. Komitə həmçinin bildirib ki, Tyerri Tacikistana qayıtmaq istədikdə dövlət ona mane ola bilməz. Komitənin qərarına əsasən, Tacikistanın hakimiyyət orqanları «bu kimi pozuntu hallarının gələcəkdə baş verməməsi üçün lazım olan bütün tədbirləri görməlidir».

4 oktyabr 2018-ci il tarixində hakimiyyət nümayəndələri Yehovanın Şahidlərinin ibadət görüşü üçün yığışdıqları evə reyd keçirdilər. Onlar Tyerrini tutub Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin baş qərargahına aparıb sorğu-sual etdilər. 16 oktyabr 2018-ci il tarixində yalan ittihamlar əsasında hakim Tyerrini miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bildi. Tyerri Rusiya vətəndaşıdır. O, Tacikistanda işləyirdi.

Məhkəmənin qərarı ilə Tyerri cərimə olundu və ölkədən deportasiya edildi.

O deyir: «Ümid edirəm ki, BMT-nin İnsan Hüquqları Komitəsinin bu qərarından sonra Tacikistanda dini azadlıqla bağlı vəziyyət müəyyən qədər yaxşılaşacaq və bacı-qardaşlar Yehovaya dinc şəkildə ibadət edəcəklər».

Hal-hazırda Tacikistanda bir qardaş imanına görə həbsdə saxlanılır.

Biz əminik ki, Yehova sınaqlarla üzləşən dindaşlarımıza «tükənməz sülh» bəxş edəcək (Əşiya 26:3).