31 MART 2020
TACİKİSTAN
Tacikistanda əqidəsinə görə hərbi xidmətdən imtina edən Covidon Boboconov həbsə məhkum edilə bilər
Çərşənbə günü, 1 aprel 2020-ci il tarixində paytaxt Düşənbədə yerləşən Tacikistanın hərbi məhkəməsinin qardaşımız Covidon Boboconovun işi üzrə qərar verməsi gözlənilir. O, əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün məhkəməyə verilib. Beş aydan çoxdur ki, Covidon ağır şəraitdə məhkəməyədək həbsdə saxlanılır.
4 oktyabr 2019-cu il tarixində Xucand şəhərində hərbçilər 19 yaşlı Covidon Boboconovun yaşadığı evə gəlib onu zorla çağırış məntəqəsinə apardılar və həbsə saldılar. İki gündən sonra onu iradəsinə zidd olaraq qatara mindirib Düşənbə yaxınlığındakı Lenin rayonunda yerləşən hərbi təlim mərkəzinə gətirdilər. Bir müddətdən sonra onu 45075 saylı hərbi hissəyə keçirdilər. Hərbçilər ona zorla hərbi forma geyindirməyə və hərbi and içdirməyə çalışdılar. 28 yanvar 2020-ci il tarixində ona qarşı cinayət işi açıldı.
Covidonun valideynləri (onlar da Yehovanın Şahidləridir) bir çox Tacikistan hakimiyyət nümayəndələrinə, o cümlədən Prezident administrasiyasına və Ombudsman aparatına şikayətlər verib. Onların aldığı cavablarda rəsmilər bildirmişlər ki, alternativ xidmət haqqında qanun qəbul edilmədiyindən Covidonun hərəkətləri cinayət hesab edilir və bu səbəbdən onun evindən zorla aparılması qanunidir.
Biz bilirik ki, cəsarətlə tutduğu mövqeyinə görə Yehova Covidona və onun ailəsinə güc-qüvvət və əmin-amanlıq bəxş edəcək (Zəbur 29:11).