Kontentə keç

2 oktyabr 2019
TACİKİSTAN

Tacikistanda 68 yaşlı Şamil Xakimov haqsız olaraq yeddi il yarım müddətinə həbsə məhkum edilib

Tacikistanda 68 yaşlı Şamil Xakimov haqsız olaraq yeddi il yarım müddətinə həbsə məhkum edilib

Tacikistanın Xucand Şəhər Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli qərarı ilə qardaşımız Şamil Xakimov sadəcə imanını başqaları ilə bölüşdüyünə görə yeddi il yarım müddətinə həbsə məhkum edilib. Yehovanın Şahidləri qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Şamil Xakimovun sınaqları 2019-cu ilin əvvəlində başlayıb. Fevralın 26-sı 68 yaşlı Şamil Xakimov «dini nifrəti qızışdırmaqda» ittiham olunaraq həbs edilib. Məhkəmə onun məhkəməyəqədər həbsə salınmasına dair qərar qəbul edib və bu müddəti ümumilikdə altı ayadək uzadıb. Ədalətsiz hökm qərarının yaratdığı çətinliklərdən əlavə, Şamil Xakimov yüksək qan təzyiqindən əziyyət çəkir və müalicədən sonra hələ tam bərpa olunmayıb.

2017-ci ildə hərbi geyim geyinməkdən imtina etdiyinə görə altı ay müddətinə həbsə məhkum edilmiş 18 yaşlı Daniil İslamovun hadisəsindən sonra ilk dəfədir ki, Tacikistan Yehovanın Şahidini həbsə məhkum edib. İndi Tacikistan Yehovanın Şahidlərinin həbs olunduğu beş ölkədən biridir. Qalan dördü Eritreya, Rusiya, Sinqapur və Türkmənistandır.

Yehovadan dualarımızda xahiş edirik ki, qardaşımız Şamilə bu sınağa dözməyə kömək etsin (Romalılara 15:5).