Kontentə keç

22 SENTYABR 2021
TACİKİSTAN

Tacikistanda Rustamjon Norov azadlığa buraxılıb

Tacikistanda Rustamjon Norov azadlığa buraxılıb

21 sentyabr 2021-ci il tarixində qardaşımız Rustamjon Norov Yavan şəhərində (Tacikistan) saxlanıldığı islah müəssisəsindən azadlığa buraxılıb. O, əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün 2020-ci ilin oktyabr ayından həbsdə idi. Rustamjon üç il yarım müddətinə həbsə məhkum edilmişdi, lakin ayın əvvəlində qüvvəyə minmiş amnistiya haqqında qanuna görə, o, vaxtından əvvəl azadlığa buraxıldı.