7 YANVAR 2021
TACİKİSTAN
Tacikistanda hərbi məhkəmə Rustamjon Norovu üç il yarım müddətinə həbsə məhkum edib
7 yanvar 2020-ci il tarixində Tacikistan hərbi məhkəməsi Rustamjon Norovu əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün üç il yarım müddətinə həbs cəzasına məhkum edib.
Hökm elan edilməzdən əvvəl Rustamjona məhkəmə qarşısında son sözü ilə çıxış etmək imkanı verildi. Hərbi xidmətdən imtina etməsinin səbəbini izah etmək üçün o, cəsarətlə bir neçə Müqəddəs Kitab ayəsini sitat gətirdi. O həmçinin nəyin sayəsində belə möhkəm qala bildiyini də izah etdi.
Rustamjon Filippililərə 4:13 ayəsini sitat gətirdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır». Bundan əlavə, o dedi: «Bütün bu müddət ərzində hiss edirdim ki, Yehova Allah mənimlədir və mənə güc verir ki, təslim olmayım, ruhdan düşməyim, xoşbəxt olum, sevincimi itirməyim və həmişə gülümsəyim. Buna görə Ona ürəkdən minnətdaram və Şahidi kimi Ona xidmət etdiyimlə qürur duyuram».