Kontentə keç

Şamil Xakimov qardaş həbsxanadan çıxarkən bacı-qardaşlar onu qarşılayır

16 MAY 2023
TACİKİSTAN

Tacikistanda yetmiş iki yaşlı Şamil Xakimov qardaş azadlığa buraxıldı

Tacikistanda yetmiş iki yaşlı Şamil Xakimov qardaş azadlığa buraxıldı

16 may 2023-cü il tarixində Tacikistanda həbsdə olan Şamil Xakimov qardaş azadlığa buraxıldı. O, əqidəsinə görə dörd ildən çox məhbus həyatı yaşadıqdan sonra evinə qayıtdı.

Şamil qardaş 2019-cu ildə hələ həbs olunmazdan əvvəl yüksək qan təzyiqi, ürək xəstəliyi və başqa xəstəliklərdən əziyyət çəkirdi. Səhhətindəki problemlərə baxmayaraq, həbsxanada olarkən qardaşa lazımi tibbi yardım göstərilməmişdi. Nəticədə, onun vəziyyəti daha da ağırlaşmış, hətta qıçında və ayağında qanqren əmələ gəlmişdi.

Şamil qardaş həbsxanada çətinliklərlə üzləşsə də, canı ağrısa da, diqqətini ona güc verən bir neçə ayəyə cəmləyərək, müsbət əhval-ruhiyyəni qoruyub saxlaya bilmişdi.

Dostları onu həbsxananın önündə «Şamil, səni çox sevirik!» yazılmış lövhə ilə qarşılayırlar.

Qardaş dualarında tez-tez Zəbur 141:8 ayəsindəki sözləri xatırlayırdı: «Mən gözlərimi Sənə dikmişəm, ey Külli-İxtiyar Yehova, sənə sığınmışam». Həmçinin o, Əşiya 49:13, 16 ayələrində yazılan sözlərdən də təsəlli tapırdı. Orada yazılıb ki, Yehova iztirab çəkənlərin adını ovcunun içinə həkk edir. Bu sözlər qardaşı əmin etmişdi ki, dörd divar arasında qalsa da, Yehova onu unutmayacaq.

Yehovanın Kəlamından aldığı təsəlli sayəsində Şamil qardaş sevincini itirmirdi, hətta başqalarını da ruhlandırırdı. Şamil qardaş həbsxanada olarkən onunla müntəzəm əlaqə saxlayan bir qardaş deyir: «Ona ilk dəfə zəng edəndə qəmli, qüssəli, pərişan bir adamın səsini eşidəcəyimi gözləyirdim. Amma bilməzdim ki, onun belə güclü imanı var imiş. O, üzləşdiyi vəziyyətdən asılı olmayaraq, müsbət ovqatı qoruyub saxlayırdı, üstəlik, bizim də əhvalımızı qaldırırdı».

Mərsiyələr 3:25 ayəsində deyilir: «Yehova Ona ümid bağlayana, Ona üz tutana qarşı xeyirxahdır». Dua edirik ki, Yehova bundan sonra da həm Şamil qardaşa, həm də Tacikistanda sınaqlara rəğmən, sevincini qoruyan digər bacı-qardaşlara qarşı «xeyirxah» olsun.