11 DEKABR 2019
ALBANİYA
Alban dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri buraxılıb
8 dekabr 2019-cu il tarixində Albaniyanın Tirana şəhərində yerləşən «Asllan Rusi Sports Palace»də keçirilmiş xüsusi yığıncaqda Rəhbərlik Şurasının üzvü Mark Sanderson Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrinin buraxılışını elan edib a.
Albaniyada 2,9 milyon insan yaşayır. Lakin bütün dünyada alban dilində danışanların sayı təxminən 7,6 milyondur. Yehovanın Şahidləri Avstriya, Belçika, Kanada, İngiltərə, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Şimali Makedoniya, İsveç, İsveçrə, Türkiyə və ABŞ-da albandilli qrup və yığıncaqlar təşkil edib. Təzəlikcə işıq üzü görən yenidən baxılmış Müqəddəs Kitab Albaniya filialının nəzdindəki ərazidə xidmət edən 5800-dən çox təbliğçiyə, eləcə də digər albandilli insanlara fayda gətirəcək.
Yenidən baxılmış Müqəddəs Kitaba müxtəlif əlavələr, haşiyələr, lüğətlər və xəritələr daxil edilib. İndi Yehovanın Kəlamını müasir, sadə və aydın dildə oxumaq imkanları olan alban bacı-qardaşlarımız üçün çox sevinirik (Mətta 13:16).
a Alban dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» 2005-ci ildə dərc edilmişdi.