25 İYUN 2019
ALMANİYA
2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Almaniya, Berlin)
Tarix: 14—16 iyun 2019-cu il
Məkan: «Olimpiya» stadionu (Almaniya, Berlin)
Proqramın dilləri: ingilis, alman, rus
İştirakçıların ən yüksək sayı: 37115
Vəftiz olunanların ümumi sayı: 255
Beynəlxalq nümayəndələrin sayı: 5000
Dəvət olunmuş filiallar: Braziliya, Britaniya, Kanada, Ekvador, Finlandiya, Yunanıstan, Polşa, Skandinaviya, Sloveniya, ABŞ
Yerli ərazidə baş vermiş hadisə: Nümayəndələr toplantı tədbirləri çərçivəsində Berlindəki məşhur «Perqam» muzeyinə baş çəkmişdilər. Muzeyə gələn bacı-qardaşlarımızı müşahidə edən mühafizəçi demişdi: «Bir çox insanlar ümidsizliyə qapılıb, çünki onlarda heç bir iman qalmayıb. Amma sizdə iman və aranızda məhəbbət olduğu aydın görünür». Digər mühafizəçi demişdi: «Muzeyə gələn sizin kimi insanlarla vaxt tez uçur və mən böyük məmnuniyyətlə işdən sonra da qalıb işləyirəm».
Yerli bacı-qardaşlar nümayəndələri hava limanında qarşılayır
Bacı-qardaşlar toplantı məkanında ünsiyyət edir
Bəziləri milli geyimdə olan nümayəndələr şəkil çəkdirir
Rəhbərlik Şurasının üzvü Samuel Hörd şənbə günü son məruzə ilə çıxış edir
Proqrama ingilis dilində qulaq asan və qeydlər aparan nümayəndələr. İki nəfər proqrama qulaqcıqlar vasitəsilə qulaq asır
Bacı-qardaşlar şənbə günü keçirilən vəftizə baxırlar
Dəvət olunmuş xüsusi tamvaxtlı xidmətçilər bazar günü proqramın sonunda iştirakçılarla vidalaşırlar
1936-cı ildə tikintisi başa çatmış Berlin «Olimpiya» stadionu toplantının ilk günündə. Berlin divarı uçduqdan sonra 1990-cı ildə bu stadionda tarixi beynəlxalq toplantı keçirilmişdi
Nümayəndələr məşhur Brandenburq qapısı qarşısında ictimai şahidlikdə iştirak edirlər
Nümayəndələr «Perqam» muzeyi yaxınlığındakı sütunlu həyətdə toplaşıblar
Tamaşaçılar axşam tədbirinin sonunda əl çalırlar