Kontentə keç

Silahlı hücumun baş verdiyi ibadət evi. Hamburqdakı vətəndaşlar və dövlət nümayəndələri ibadət evinin girişinə gül dəstələri qoyublar

20 MART 2023
ALMANİYA

Almaniyanın Hamburq şəhərindəki ibadət evinə silahlı hücum

Almaniyanın Hamburq şəhərindəki ibadət evinə silahlı hücum

Öncədən də məlumat verildiyi kimi, 9 mart 2023-cü il tarixində əlisilahlı şəxs görüş bitdikdən sonra Hamburqdakı bir ibadət evinə hücum edib. Bir neçə bacı-qardaşımız öldürülüb və yaralanıb. Polis əməkdaşlarının cəld hadisə yerinə gəldiyini görən əlisilahlı şəxs özünü öldürüb. Həm Almaniyadakı, həm də bütün dünyadakı Yehovanın Şahidləri hakimiyyət nümayəndələrindən, təşkilatlardan və ayrı-ayrı insanlardan gördükləri xeyirxahlıq, şəfqət və məhəbbətə görə çox minnətdardırlar.

Bacı-qardaşlara təsiri

  • Əfsuslar olsun ki, 4 qardaşımız, 2 bacımız və yaralanmış bir bacımızın bətnindəki körpəsi silahdan açılan atəş nəticəsində ölüb.

  • 2 qardaşımız və 7 bacımız yaralanıb.

Yardım işləri

  • Mərkəzi Avropa filialının nümayəndələri, iki rayon nəzarətçisi və yerli ağsaqqallar faciədən əziyyət çəkənlərə təskinlik verir.

Almaniyadakı bacı-qardaşlarımız üçün durmadan dua edirik. Yehova «dar gündə möhkəm qaladır». O bu faciəyə tab gətirməyə bizə kömək edəcək (Nahum 1:7).