Kontentə keç

1 MAY 2013-CÜ İL
ALMANİYA

Almaniya hökuməti Yehovanın Şahidini «Xidmətlərə görə» ordeni ilə təltif etdi

Almaniya hökuməti Yehovanın Şahidini «Xidmətlərə görə» ordeni ilə təltif etdi

ZELTERS, Almaniya. 22 fevral 2013-cü il tarixində Yehovanın Şahidi olan Matilda Hartl Bavariyanın baş naziri cənab Horst Zeehofer tərəfindən «Xidmətlərə görə» ordeni ilə təltif olundu. «Xidmətlərə görə» ordeni Almaniya Federativ Respublikasının xalqın rifahı üçün görülən işlərə görə verdiyi ən ali mükafatlarından biridir.

Bavariya sakini Matilda Hartl əlil olan oğlu Martinin uzun müddət qeydinə qaldığı üçün bu mükafata layiq görülmüşdü; Martinin indi 26 yaşı var. Uşaq olanda ona Düşenn əzələ distrofiyası diaqnozu qoyulmuşdu. Bu xəstəlik inkişaf edən əzələ atrofiyası və zəifləməsi ilə xarakterizə olunur. Matilda Hartl birdən oğluna nəsə lazım olar deyə gecələr tez-tez oyanmalı olur. Məsələn, onun nəfəs yollarını bronxial ifrazatlardan təmizləmək lazım gəlir, o, bunu ona görə edir ki, ağ ciyərlərə infeksiya düşməsin və pnevmoniya inkişaf etməsin. Onun digər oğlu Maks bu xəstəliklə yanaşı, əqli zəiflikdən də əziyyət çəkirdi. Matilda uzun illər ana məhəbbəti ilə hər iki oğlunun qeydinə qalmışdı. Əfsuslar olsun ki, oğlu Maks 2008-ci ildə 19 yaşında öldü.

«Belə ağır yükün altından qalxmaq üçün gücü haradan tapırsınız?» sualına Matilda Hartl bu cür cavab verdi: «Mənə güc verən mənim dini əqidəmdir. Bir Yehovanın Şahidi kimi, həyata çox hörmət edirəm. Nə qədər ki gücüm var, xəstəliyinə baxmayaraq, oğlumun həyatdan sevinc duyması üçün bacardığımı etmək istəyirəm».

Baş nazir cənab Zeehofer Matilda Hartlı və bu mükafatla təltif olunmuş digər insanları tərifləyərək dedi: «Siz bu dünyanın, bir az da olsa, yaxşılaşması üçün öz töhfənizi vermisiniz».

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +17185605000

Almaniya: Volfram Slupina, tel.: +496483413110