Kontentə keç

9 DEKABR 2022
ANQOLA

Çokve və ibinda dilində «Mətta» və «Həvarilərin işləri» bölmələri işıq üzü gördü

Çokve və ibinda dilində «Mətta» və «Həvarilərin işləri» bölmələri işıq üzü gördü

3 dekabr 2022-ci il tarixində Anqola filial komitəsinin üzvü Samuel Kampos çokve və ibinda dillərində Müqəddəs Kitabın «Mətta» və «Həvarilərin işləri» bölmələrinin buraxıldığını elan etdi. Bu bölmələrin elektron formatda buraxılışı barədə proqram qabaqcadan yazıya alınmışdı və təxminən 2000 insan onu izləmişdi.

Çokvedilli ərazidə Yehovanın Şahidlərinin tarixi 2007-ci ildə çokve dilində ilk qrup yarananda başlayıb. Hal-hazırda Anqolada 10, Konqo Demokratik Respublikasında isə 23 çokvedilli yığıncaq var.

Tərcüməçilərdən biri demişdi: «Müqəddəs Kitabın çokve dilində bir neçə tərcüməsi mövcuddur. Onlardan birində asan başa düşülən ifadələrdən istifadə olunub, amma mətn təfsiri ilə verilib. Digəri isə daha təkmil tərcümə olsa da, çətin başa düşülür. Bu yeni tərcüməni oxuyanda isə Yehovanın birbaşa mənimlə danışdığını hiss edirəm».

İlk ibindadilli yığıncaq 2014-cü ildə yaranıb. Hal-hazırda bu yığıncaqların sayı 13-dür. İbinda dilində Müqəddəs Kitabın «Mətta» və «Həvarilərin işləri» bölmələri buraxılmamışdan əvvəl bu dildə Müqəddəs Kitabın heç bir hissəsi mövcud olmayıb. Ona görə də təbliğçilər portuqal dilindəki «Yeni Dünya Tərcüməsi»ni istifadə edirdilər. İbinda tərcümə qrupunun bir üzvü belə demişdi: «Müqəddəs Kitabın bəzi tərcümələrini əvvəllər dəfələrlə oxumuşdum. Amma bu tərcüməni oxuyandan sonra onu daha yaxşı başa düşdüm. Bu layihədə iştirak etmək mənim üçün böyük şərəfdir. Bunun sayəsində imanım möhkəmləndi».

Əminik ki, çokve və ibinda dilində Müqəddəs Kitabın işıq üzü görməsi bacı-qardaşları Yehovaya daha da yaxınlaşdıracaq (Yaqub 4:8).