Kontentə keç

22 YANVAR 2024
ANQOLA

«İncilin Yeni Dünya Tərcüməsi» çokve dilində işıq üzü gördü

«İncilin Yeni Dünya Tərcüməsi» çokve dilində işıq üzü gördü

13 yanvar 2024-cü il tarixində Anqolanın paytaxtı Luanda şəhərində baş tutan xüsusi proqramda Rəhbərlik Şurasının üzvü Cefri Vinder «İncilin Yeni Dünya Tərcüməsi»nin çokve dilində işıq üzü gördüyünü elan etdi. 187 dindaşımız proqrama canlı şəkildə, 353 427 nəfər isə videokonfrans vasitəsilə qoşulmuşdu. Onların arasında 1644 çokvedilli dindaşımız var idi. Proqram zamanı bacı-qardaşlara bu dildə «İncilin Yeni Dünya Tərcüməsi»nin çap versiyası paylanıldı. Nəşrin elektron formatı da artıq hazır idi.

Anqola, Konqo Demokratik Respublikası və Zambiyada təxminən üç milyon insan çokve dilində danışır. Hazırda Anqolada 10 çokvedilli yığıncaqda 462 dindaşımız xidmət edir. Bundan başqa, Konqo Demokratik Respublikasında 21 çokvedilli yığıncaqda 734 bacı-qardaşımız ibadət edir.

Cefri qardaş nəşrin çıxması ilə bağlı elanı edərkən vurğulamışdı ki, bu tərcümədə «Yehova» adına 237 dəfə rast gəlinir. Bir qardaş deyir: «Romalılara 10:13 ayəsində yazılıb: “Yehovanın adını çağıran hər kəs qurtulacaq”. Çokve dilindəki bəzi tərcümələrdə bunun nə demək olduğunu aydın izah etmək olmurdu. Artıq İncilin bu yeni tərcüməsi vasitəsilə insanlara Yehovanın adı və qurtuluş arasındakı əlaqəni rahat şəkildə izah edə biləcəyəm. Bu, tayı-bərabəri olmayan bir hədiyyədir!»

Biz əminik ki, çokve dilində işıq üzü görən «İncilin Yeni Dünya Tərcüməsi» daha çox insana Yehova haqda öyrənməyə, Onu bütün qəlbi və var qüvvəsi ilə sevməyə kömək edəcək (Mark 12:33).