29 NOYABR 2021
ANQOLA
Kimbundu dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxıldı
Bazar günü, 21 noyabr 2021-ci il tarixində, Anqola filialının komitə üzvü Erik Rafaeli kimbundu dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxıldığını elan etdi. Kitabın çap versiyası 2022-ci ildə çıxacaq. Qabaqcadan yazıya alınmış proqrama təqribən 11 000 adam baxdı.
1900-cü illərin əvvəlində portuqal müstəmləkə hökuməti kimbundu və Afrikanın digər dillərində təhsil almağı qadağan etdi. Bu gün bu dildə Anqolada, o cümlədən paytaxtı Luandada danışanların sayı təxminən 1,7 milyondur. Bu, ölkədə ən çox danışılan dillərdən biridir.
Kimbundu dilində nəşrlərimiz 1990-cı illərin əvvəlindən dərc edilir. Lakin bu dildə ilk yığıncaq 2008-ci ildə təşkil olunub. Hal-hazırda kimbundu dilində 55 yığıncaq var və onlarda 2614 təbliğçi xidmət edir.
Əvvəlki Müqəddəs Kitab tərcüməsi ilə müqayisədə, bu tərcüməni başa düşmək daha asandır. Məsələn, köhnə tərcümədə Mətta 5:3 ayəsi belə səslənirdi: «Ruhən yoxsul olanlar xeyir-dualıdır». «Yeni Dünya Tərcüməsi»ndə isə bu ayə belə verilib: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir».
Bir tərcüməçi deyib: «Mən əminəm ki, bu Müqəddəs Kitab kimbundu dilində danışanlar üçün əsl hədiyyə olacaq. Onu şəxsi mütaliə və xidmətdə istifadə edənlər Yehovaya daha yaxın olacaqlar. Bu böyük işdə kiçik töhfəmin olmasını şərəf hesab edirəm. Mən Yehovanın nə qədər məhəbbətli Allah olduğunu bir daha gördüm».
Biz əminik ki, yeni tərcümə təbliğçilərə həqiqətə maraq göstərənlərə «Allahın Padşahlığının müqəddəs sirlərini» izah etməkdə böyük yardımçı olacaq (Luka 8:10).