Kontentə keç

4 AVQUST 2023
ANQOLA

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» nyaneka dilində işıq üzü gördü

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» nyaneka dilində işıq üzü gördü

28 iyul 2023-cü il tarixində Anqola filialının komitə üzvü Salvador Dominqos qardaş nyaneka dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. Kitabın çıxdığı Anqolanın cənubunda yerləşən Uila vilayətinin Lubanqo şəhərində keçirilən «Səbirli olun!» adlı regional toplantıda elan olundu. Toplantıda ümumilikdə 2621 nəfər iştirak etmişdi. Həmin iştirakçılar Müqəddəs Kitabın çap versiyasını əldə etdilər. Üstəlik, kitabı elektron formatda da yükləmək mümkündür.

Nyanekadilli insanların əksəriyyəti Anqolanın Benqela, Kunene, Uila və Namibe vilayətlərində yaşayırlar. Lubanqo şəhərində yerləşən tərcümə ofisi nəşrlərimizi nyaneka dilinə tərcümə edir.

Əvvəllər bəzi Müqəddəs Kitab şirkətləri Allahın Kəlamını nyaneka dilinə tərcümə etmişdilər. Amma Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» bu dilə tam tərcümə olunmuş ilk Müqəddəs Kitabdır. Nyaneka dilində çoxlu dialektlər olduğu üçün tərcümə qrupu ən çox başa düşülən sözlərdən istifadə edib.

Biz nyaneka dilində danışan bacı-qardaşlarımıza görə sevinirik. Çünki onlar daha çox insana Yehova haqda öyrətmək və Ona ibadət etmələrinə kömək etmək üçün bu yeni tərcümədən istifadə edəcəklər (Əşiya 2:3).