Kontentə keç

18 OKTYABR 2023
ANQOLA

«Mətta» və «Həvarilərin işləri» bölməsi Anqola jest dilində işıq üzü gördü

«Mətta» və «Həvarilərin işləri» bölməsi Anqola jest dilində işıq üzü gördü

23 sentyabr 2023-cü il tarixində keçirilən xüsusi görüşdə Anqola filial komitəsinin üzvü Yohannes De-Yaqer qardaş Anqola jest dilində «Mətta» və «Həvarilərin işləri» bölməsinin işıq üzü gördüyünü elan etdi. Anqolanın paytaxtı Luanda şəhərindəki Toplantı zalında keçirilən bu tədbirdə təxminən 1881 nəfər iştirak edirdi. Bu Müqəddəs Kitab bölmələri elandan dərhal sonra jw.org saytında və «JW Library Sign Language» tətbiqində əlçatan idi.

Anqolada təxminən 360 000 tam eşitmə məhdudiyyətli adam yaşayır. Anqolada ilk jestdilli yığıncaq 2010-cu ildə yaranıb. Bu gün Anqolada 37 jestdilli yığıncaqda, 7 qrupda və bir yarımqrupda 1000-dən çox təbliğçi xidmət edir.

İndiyə qədər Müqəddəs Kitabın heç bir bölməsi Anqola jest dilinə tərcümə olunmamışdı. Bir qardaş «Həvarilərin işləri» bölməsinin tərcüməsi barədə demişdi: «Həvarilərin işləri 8:26—30 ayələrində Filipin qaçaraq həbəşistanlı məmura çatdığı səhnə çox gözəl təsvir olunub. Bu mənə kömək etdi ki, xidmətdə fəal olmağın vacibliyini başa düşüm».

Əminik ki, Anqola jest dilində işıq üzü görən hər iki nəşr sayəsində insanlar Yehovanın məhəbbətini və lütfünü dadacaqlar (Saylar 6:25).