20 YANVAR 2021
ANQOLA
Umbundu dilində «Yeni Dünya Tərcüməsi» buraxılıb
16 yanvar 2021-ci il tarixində umbundu dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışı barədə elan olundu. Qabaqcadan yazıya alınmış proqram bütün umbundudilli yığıncaqlara internet vasitəsilə yayımlandı. Elanı Anqola filialının komitə üzvü Jenezio Verdciano səsləndirdi.
Umbundu Anqolada ən çox danışılan yerli dildir. Bu dildə təxminən yeddi milyon insan danışır. Təbliğçilərin sayı isə 6500-dən çoxdur.
Tərcümənin üzərində beş il ərzində altı tərcüməçidən ibarət iki qrup işləmişdi. Tərcüməçilərdən biri deyir: «Yeni tərcümənin dili aydındır, ona görə yazılanları oxuya-oxuya təsəvvür etmək asan olacaq. Üstəlik, xidmətdə insanlara təlim vermək də asanlaşacaq».
Filial komitəsinin bir üzvü deyir: «Məlumdur ki, insanlar Müqəddəs Kitabı ana dillərində oxuyanda həqiqət onlara daha aydın olur. Yehovanın umbundu dilində Kəlamı vasitəsilə həqiqətə daha çox insanı necə cəlb edəcəyini görmək xoş olacaq» (2 Salonikililərə 3:1).