14 OKTYABR 2019
ARGENTİNA
Argentina filialının tikinti meydançasından son xəbərlər
Bir ildən çoxdur ki, Argentina filialının tikintisi gedir. İşin yarısından çoxu artıq görülüb. Ümumi sahəsi 8524 kvadrat metr olan yeni filial kompleksi bir inzibati və iki yaşayış binasından ibarət olacaq. Tikintinin 2020-ci ilin iyul ayında tamamlanması planlaşdırılır.
Yeni Argentina filialının tikintisinin gedişatı bizi çox sevindirir. Dua edirik ki, Yehova bundan sonra da bu layihəni xeyir-dualandırsın (Qanunun təkrarı 28:8).
Aprel 2019-cu il: inzibati bina. Binanın bünövrəsindən başlayan dayaq sütunlar binanın yuxarı mərtəbələrinə kimi ucaldılacaq. Bunun sayəsində bina daha dayanaqlı olacaq
İyun 2019-cu il: inşaat işçisi taxtabəndin üstündə durub «A» yaşayış binasının taxta qəliblərini quraşdırır
İyul 2019-cu il: inşaat işçiləri inzibati binanın üçüncü mərtəbəsində armatur qoyur və elektrik komponentlər quraşdırır
İyul 2019-cu il: işçilər «A» yaşayış binasının ikinci mərtəbəsinin tavanını betonla doldurur. Bu, terrası olan beşmərtəbəli bina olacaq
İyul 2019-cu il: qarajın tikintisi. Qaraj hər biri 72 nəqliyyat vasitəsi tutan yeraltı və yerüstü hissələrdən ibarət olacaq
Avqust 2019-cu il: «A» yaşayış binası (solda), «B» yaşayış binası (ortada) və inzibati bina (ekskavatorun arxasında)