Kontentə keç

Beytel ailəsinin üzvləri Argentinadakı yeni filial binalarının həsrolunma mərasiminə gəlmiş qonaqları qarşılayırlar

22 APREL 2024
ARGENTİNA

Argentina filialında yeni binaların həsr olunma mərasimi

Argentina filialında yeni binaların həsr olunma mərasimi

Cefri Vinder qardaş həsrolunma nitqi ilə çıxış edir

2024-cü il aprelin 6-da Argentinanın Buenos-Ayres şəhərində yerləşən filialın həsrolunması keçirildi. Nitq ilə Rəhbərlik Şurasının üzvü Cefri Vinder qardaş çıxış etdi. 500-ə yaxın dindaşımız yeni Beytel kompleksinin üç zalında proqrama qulaq asdı. Yaxınlıqda yerləşən Ezeiza şəhərindəki toplantı zalından 5844 nəfər proqrama videokonfrans vasitəsilə qoşulmuşdu. Növbəti gün toplantı zalında xüsusi görüş keçirildi. Görüş Argentina və Uruqvaydakı bütün yığıncaqlara yayımlandı. Proqramı dinləyənlərin ümumi sayı 181 643 nəfər idi.

Mərasimdə gözəl ab-hava hökm sürürdü. Qonaqlar üçün xüsusi tədbirlər, o cümlədən filialın yeni binalarında ekskursiyalar təşkil edilmişdi. Qonaqlar arasında 25 ölkədən gələn 230 bacı-qardaş var idi. Hal-hazırda Ekvadorda xidmət edən Serxio Spakasasi qardaş Argentinada yeni filialın tikintisində iştirak etmişdi. Həsrolunma mərasimində iştirak edən bu beynəlmiləl qrup haqqında o, belə deyib: «Bu cür xüsusi tədbirlər vasitəsilə Yehova bizi bir ailə kimi bir araya yığır».

Argentina filial komitəsinin üzvü Xuan Karlos Niqro qardaş qeyd edir: «Bu layihənin hər addımında Yehovanın əlini görürdük. Adına şərəf gətirən bu gözəl binalar məhz Onun sayəsində ərsəyə gəlib».

Dindaşlarımız Buenos-Ayresdəki yeni Beytel binalarında həsrolunma proqramını dinləyirlər

Argentinadakı bacı-qardaşlarımıza qoşularaq biz də «hər şeyi vaxtında və gözəl» edən Allahımız Yehovaya bu yeni Beytel binalarına görə minnətdarıq (Vaiz 3:11).