Kontentə keç

15 FEVRAL 2023
ARGENTİNA

Argentinada keçirilən multikultural festivalda ictimai şahidlik

Argentinada keçirilən multikultural festivalda ictimai şahidlik

11-21 noyabr 2022-ci il tarixlərində Argentinanın Rosario şəhərində İmmiqrantların Milli Festivalının 38-ci ildönümü keçirildi. Tədbirdə bir milyondan çox ziyarətçi iştirak etdi. Bu, Argentinada müxtəlif adət-ənənəyə sahib olan xalqların və etnik qrupların yaşadığını bir daha sübut etdi. Argentina filialının təşəbbüsü ilə festivalda xüsusi şahidlik kampaniyası keçirildi. Dindaşlarımız ziyarətçiləri rəsmi saytımız jw.org ilə tanış etdi və onlara Müqəddəs Kitaba əsaslanan nəşrlər payladı. Nəşrlər Argentina jest dili, Çin, ingilis, quarani, Haiti-kreol, portuqal, keçua (Boliviya) və ispan dillərində idi. 400-dən çox bacı-qardaş bu kampaniyada iştirak etdi.

Festival təşkilatçıları qardaşlarımıza gediş-gəlişin çox olduğu yerlərdə ədəbiyyat arabaları quraşdırmağa icazə verdi. Şəhərin səlahiyyətli şəxslərindən biri demişdi: «Xarici görünüşünüz səliqəli, davranışınız isə nümunəvidir». Rosariodan olan bir psixoloq ədəbiyyat arabasına yaxınlaşıb belə demişdi: «Sizin nəşrləri çox oxumuşam, onlardan elə xoşum gəlir ki! Pasiyentlərimlə tez-tez bu nəşrlərə müraciət edirəm».

14 noyabr 2022-ci il tarixində Rosario şəhərinin aparıcı qəzeti olan «Kapital» (La Capital) qəzetində təbliğ işimiz haqqında məqalə dərc olundu. Məqalədə jw.org saytının linki qoyulmuşdu və saytın çox dildə fəaliyyət göstərdiyi vurğulanmışdı.

Şadıq ki, bacı-qardaşlarımız hər fürsətdən istifadə edib dünyanın dörd bir guşəsində «müjdə haqqında ətraflı şəhadət» verirlər (Həvarilərin işləri 20:24).