29 APREL 2019
ARGENTİNA
Argentinada yeni filialın tikintisi başlanıb
2018-ci ilin avqust ayında Argentinanın Buenos-Ayres şəhərində yeni filialın tikintisinə başlanıb. Filial kompleksinə 136 nəfərlik iş yeri olan bir inzibati və 98 otağı olan iki yaşayış binası daxil olacaq. Müxtəlif yerlərdə yerləşən hazırkı filial kompleksindən fərqli olaraq, yeni filial binaları bir məkanda cəmlənəcək, bu isə işin effektivliyini artıracaq. Tikintinin ilk aylarında çəkilmiş şəkilləri təqdim edirik.
Avqust 2018-ci il: on bacı-qardaşdan ibarət olan layihə qrupu filialın memarlıq planlarını hazırlamaq üçün 18 ay işləyib
Sentyabr 2018-ci il: dayaq payaları vurmaq üçün yerdə dərin dəliklər açılır. Ərazidəki torpağı nəzərə alaraq, tikilinin sabitliyini təmin edəcək 103 silindrik paya 38 metr dərinliyə vurulacaq
Noyabr 2018-ci il: tikinti zamanı 33 metrlik krandan istifadə olunur
Noyabr 2018-ci il: kranın yığılması zamanı əsas önəm təhlükəsizliyə verilir və bu, layihənin bütün mərhələlərində vurğulanır
Yanvar 2019-cu il: lift şaxtaları üçün qazma işləri ağır texnikanın köməyilə aparılır
Mart 2019-cu il: beton tökməzdən öncə binanın özülü armaturla möhkəmləndirilir