Kontentə keç

Nazir müavini Klaudio Romero (solda) şəhadətnaməni Argentina filial komitəsinin üzvü Migel Puçettiyə (sağda) təqdim edir

31 DEKABR 2019
ARGENTİNA

Buenos-Ayresdə Yehovanın Şahidləri 2019-cu ilin beynəlxalq toplantısına görə şəhadətnamə ilə təltif olunub

Buenos-Ayresdə Yehovanın Şahidləri 2019-cu ilin beynəlxalq toplantısına görə şəhadətnamə ilə təltif olunub

Buenos-Ayres şəhər qanunverici orqanı 2019-cu ildə şəhərdə baş tutmuş beynəlxalq toplantını ictimai, mədəni və dini əhəmiyyət kəsb edən hadisə adlandırıb. 2019-cu il dekabrın 12-i toplantı ilə əlaqədar keçirilmiş mətbuat konfransında dövlət məmuru qardaşlarımızı bu tədbirin vacibliyini qeyd edən şəhadətnamə ilə təltif edib.

İki dövlət nümayəndəsi Klaudio Romero və Federiko Puqlyeze Yehovanın Şahidlərinin Buenos-Ayresdə gördükləri işə görə tərifləyib. Klaudio Romero deyib: «Cəmiyyətdə dini dəyərlərin, eləcə də əmin-amanlıq və vəhdətin möhkəmləndirilməsi üçün gördüyünüz işlərin vacibliyini vurğulamaq istərdim. Bilin ki, sizin dininizə heyranam, çünki siz çox çalışqan və işinizə bağlı olan insanlarsınız. İmanınızı başqalarına öyrədərkən göstərdiyiniz məhəbbət və mətanət tərifəlayiqdir». Federiko Puqlyeze qeyd edib: «Bu gün siz “Məhəbbət heç vaxt tükənmir!” şüarı altında yığışmısınız. Mən bilirəm ki, siz məhəbbəti yalnız toplantı günlərində deyil, gündəlik həyatda da təzahür etdirirsiniz, çünki sizi hərəkətə gətirən məhəbbətdir».

Bu şəhadətnamədə bacı-qardaşlarımızın insanlara məhəbbət göstərməsi qeyd edilir. Lakin biz bunu cəmiyyətin tərifinə layiq görülmək üçün deyil, Yehova Allahımızı ucaltmaq üçün edirik (1 Yəhya 4:8).