Kontentə keç

29 APREL 2013-CÜ İL
ARGENTİNA

Argentinada daşqınlar

Argentinada daşqınlar

2 aprel 2013-cü il tarixində Buenos-Ayres və La-Plata şəhərlərində güclü leysan yağışları nəticəsində daşqınlar baş vermişdi. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, 57 nəfər həyatını itirmişdi. 500-ə yaxın Yehovanın Şahidi daşqından zərər çəkmiş və təxminən 200 nəfəri evakuasiya etmək zərurəti yaranmışdı. Təbii fəlakətlərdən zərər çəkənlərə yardım işlərinin bir hissəsi olaraq, Argentinadakı Yehovanın Şahidləri məsihçi olub-olmamalarından asılı olmayaraq, zərərçəkənlərə 30280 litr içməli su, 30 ton ərzaq, yüzlərlə yorğan-döşək və yastıqlar göndəriblər. Şahidlər arasından olan yüzlərlə könüllü fəlakətin nəticələrini aradan qaldırmaqda və bərpa işlərində öz köməklərini əsirgəməmişdir. Bəziləri hətta təxminən 500 kilometr uzaqlıqdan gəlmişdilər.

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel: +1 718 560 5000

Argentina: Anxel Mattiassi, tel: +541554249071